Heydər Əliyevin strateji qərarları sayəsində Azərbaycanda davamlı inkişaf edən iqtisadiyyat formalaşıb
Digərləri 11 May 2023 14:23:00 215 0
Ulu Öndər Heydər Əliyevin strateji qərarları sayəsində Azərbaycanda davamlı inkişaf edən iqtisadiyyat formalaşıb.
Bu xəbəri də oxu: Qrip və COVID19 ilə mübarizədə yeni üsul Xüsusi qab hazırlandı
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbirdə deyib.
Nazir qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və banisi Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin qorunması və ölkənin siyasi tarixində yeni mərhələnin açılması olub.
"Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi Heydər Əliyev Azərbaycan tarixində ən mühüm yer tutan böyük şəxsiyyətlərdən biridir. Hamımız müasir Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi inkişafında onun misilsiz xidmətlərini dərin minnətdarlıqla qeyd edirik. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunandan ölkəmizin tərəqqi və çiçəklənmə yolu başlayıb. 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf edərək Sovet İttifaqının aparıcı respublikalarından birinə çevrilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır siyasi və iqtisadi problemlər, Ermənistanın hərbi təcavüzü formalaşmış vəziyyəti daha da mürəkkəbləşdirdi. Məhz ölkəni həmin dövrdə bəlalardan xilas edən Heydər Əliyevin liderlik məharəti, onun strateji qərarları sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və firavan, azad cəmiyyət formalaşdı", - o deyib.
İqtisadiyyat naziri qeyd edib ki, Heydər Əliyev özünün geniş iqtisadi bilik və təcrübəsinə əsasən Azərbaycanın iqtisadi inkişaf yolunu müəyyən edib.
"Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatının prinsipləri - fərdi mülkiyyət, azad sahibkarlıq, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yenilənməsi prioritet olaraq seçilib. "Əsrin Müqaviləsi"nin imzalanması isə Azərbaycan iqtisadiyyatında köklü dönüş yaratdı. Uzaqgörən neft strategiyasının uğurlu icrası ölkəmizin gələcək davamlı inkişafının təməlini qoydu", - o deyib.
Son.az
Türkiyəli aktrisa Tuvana Türkayla iş adamı sevgilisi İzzet Antebinin bir i
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daş
Ukrayna hərbçilərinin Donetsk vilayətində Baxmut yaxınlığında irəlilə
Müğənni Natavan Həbibi və reper Dado Əliyev oğlu Zeyd Əliyə ad günü e
Rusiya sülhmərmalı kontingetinin nəzarəti altında olan ərazilərdə nə b
Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına m
44 günlük müharibədən sonra azad edilən torpaqlarımızda ermənilərin Az
"Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şar
2013-cü ildən etibarən fəaliyyətə başladığı dövrdən indiyə qədər
Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan
"Ermənilərin bu son təxribatı ilə bağlı mən hələ 15 gün öncə i