Polisdən ƏMƏLİYYAT: Saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər tutuldular
Kriminal 11 May 2023 09:17:00 198 0
Bərdədə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər polislər tərəfindən saxlanılıblar.
Bu xəbəri də oxu: Filarmoniyada məşhur piano ifaçısı Mixail Lidski dinləyicilər qarşısında çıxış edəcək
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a bildirilib ki, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində saxta əsginas dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Bərdə rayonu ərazisində saxlanılıb. Onun üzərindən 13 ədəd, həmçinin ayrı-ayrı şəxslərə satdığı 4 ədəd 100 dollarlıq saxta əsginaslar aşkar edilib. Araşdırmalarla onun həmyerlisi olan Rövşən adlı şəxsdən saxta əsginasların hər birini 75 manat pul müqabilində aldığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Rövşən İbrahimov da Bakı şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib. Üzərinə baxış zamanı ondan da 2 ədəd 100 dollarlıq saxta əsginas aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, adıçəkilənlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının
ABŞ-ın hazırkı prezidenti Co Baydenin ailə üzvləri o, hələ vitse-prezid
Pakistanın keçmiş xarici işlər naziri və müxalif Ədalət Hərəkatı Par
Türkiyəli model Tülin Şahini keçmiş həyat yoldaşı Pedro De Noronha məh
Koreya Respublikası iyun ayından etibarən koronavirusun yayılması ilə əla
Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri v�
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bildirib ki, Kiyev art
İsrail Müdafiə Ordusu (IDF) cümə axşamı səhər Qəzza zolağına raket z
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək növbət
Avstriya Daxili İşlər Nazirliyi dövlət işçilərinin TikTok sosial şəbə
Avropada təbii qazın qiyməti 2021-ci il iyulun 8-dən bəri ilk dəfə 1000 k
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələr
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın