Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb
Siyasət 11 May 2023 07:01:00 250 0
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
Müdafiə Nazirliyindən Son.az-a bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
"Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə Nazirlikdən bildirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın
Bir neçə gün öncə Gənc Tamaşaçılar Teatrının keçmiş aktyoru Rəzzaq
Xəbər verdiyimiz kimi, 23 yaşlı qız burun əməliyyatından sonra vəfat et
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyəli müğənni Sinan Akçıl növbəti açıqlaması ilə gündəmə gə
Sonuncu dəfə "Yargı" serialında rol alan aktyor Muttalip Müjdecin