İlham Əliyev və Mehriban Əliyeva Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər


Siyasət 10 May 2023 17:56:00 240 0

İlham Əliyev və Mehriban Əliyeva Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.

Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.

Hazırda Şuşada yeni xalça ekspozisiyası təqdim olunur.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.

Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilmələri üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.

“Yenidən oğlum olsa, sünnət etdirmərəm…”  Elşad Miridən qalmaqallı açıqlama  VİDEO like
  • 10 May 17:50  
Digərləri “Yenidən oğlum olsa, sünnət etdirmərəm…” Elşad Miridən qalmaqallı açıqlama VİDEO

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənal

arrow Ətraflı
Ulu Öndər Heydər Əliyev örnək bir liderdir  Cahit Bağcı like
  • 10 May 17:44  
Siyasət Ulu Öndər Heydər Əliyev örnək bir liderdir Cahit Bağcı

Müasir Azərbaycanın memarı, müstəqil Azərbaycanın yaradıcısı ulu Önd

arrow Ətraflı
“Ağrı çəkəndən nəyimiz əskikdir ki?!”  VİDEO like
  • 10 May 17:30  
Şou-biznes “Ağrı çəkəndən nəyimiz əskikdir ki?!” VİDEO

"Toparlanmaq üçün bir az özümlə danışmağa ehtiyacım var. Özümə

arrow Ətraflı
Rusiya ordusuna ağır zərbə: onlarla meyit...  VİDEO like
  • 10 May 17:24  
Dünya Rusiya ordusuna ağır zərbə: onlarla meyit... VİDEO

Ukrayna ordusunun keçirdiyi əməliyyat nəticəsində Rusiyanın 72-ci briqada

arrow Ətraflı
Vüsalə Əlizadə bədənşəkilləndirmə əməliyyatı etdirib?  FOTO like
  • 10 May 17:12  
Şou-biznes Vüsalə Əlizadə bədənşəkilləndirmə əməliyyatı etdirib? FOTO

Aparıcı Vüsalə Əlizadə növbəti açıqlaması ilə diqqətləri üzərin�

arrow Ətraflı
Evsiz qadın milyonçu oldu: Nə baş verdi? like
  • 10 May 16:48  
Dünya Evsiz qadın milyonçu oldu: Nə baş verdi?

Kaliforniya sakini Lyuçiya Forset hesab edir ki, həyat onun kimi insanlara iki

arrow Ətraflı
Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb like
  • 10 May 16:45  
Digərləri Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb

2023-cü ilin ilk rübü ərzində "Unibank" KB ASC biznes kreditləş

arrow Ətraflı
"Bənövşəyi Krallıq" kukla tamaşasının premyerası olacaq like
  • 10 May 16:30  
Kriminal "Bənövşəyi Krallıq" kukla tamaşasının premyerası olacaq

3, 4, 10, 11, 15, 17 və 18 iyun 2023-cü il tarixlərində Bakıda "Bənö

arrow Ətraflı