“Ağrı çəkəndən nəyimiz əskikdir ki?!” VİDEO
Şou-biznes 10 May 2023 17:30:00 232 0
"Toparlanmaq üçün bir az özümlə danışmağa ehtiyacım var. Özümə suallarım və alacağım cavablarım var. Son zamanlar özüm-özümlə danışıram və müəyyən qərarlar verirəm".
Bu xəbəri də oxu: "Anam öləndən sonra qapıma gəldilər, bağışladım"
Son.az olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində deyib.
Sənətçi mərhum həyat yoldaşı, rejissor və prodüser Oqtay Əliyevin ölümündən sonra düşündükləri barədə monoloq səsləndirib:
"Toparlanmaq, özünə gəlmək, qaldığın yerdən davam etmək güc və səbr istəyir. Faciə insan həyatının ayrılmaz hissəsidir. Qisməti yaşamaq, barışmaq nə qədər çətin olsa da, onu dərk etmək, özünə gəlmək, güc toplamaq və mahiyyətinə varmaq zaman istəyir. Dünya sənin nəyindir ki?! Doğman, əzizin deyil. Gör, bu dünyaya səndən nə qədər gəlmiş, insan itkisi yaşamış, özünə gəlmiş, toparlanmış və bir o qədər də itkini pis yaşamış, toparlana bilməmiş, gücünü itirmiş var.
Zəif olsan, psixoloji təsirdən çıxa bilməsən, ayağa qalxa bilməsən, "Öhdəsindən gələ bilmədi, çökdü, ayaqüstə qala bilmədi" - deyərlər. Bu da bir həyat mübarizəsidir. Mücadilədir. Hətta müharibədir. Həyatda hamının özünəməxsus mücadiləsi var. Kimisi tez təslim olur, kimisi davam edir. Kimisi özünə qapanır, kimisi qalanlar üçün məsuliyyətini çiyinlərinə alır. Kimisi közü alışdırar, kimisi kül olar. Hər dərdin öz çəkisi var. Dərdi bezdirmək, çox sezdirmək olmaz. Dərdlə ətrafı bezdirmək olmaz.
Ukrayna ordusunun keçirdiyi əməliyyat nəticəsində Rusiyanın 72-ci briqada
Aparıcı Vüsalə Əlizadə növbəti açıqlaması ilə diqqətləri üzərin�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
Kaliforniya sakini Lyuçiya Forset hesab edir ki, həyat onun kimi insanlara iki
2023-cü ilin ilk rübü ərzində "Unibank" KB ASC biznes kreditləş
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızı
3, 4, 10, 11, 15, 17 və 18 iyun 2023-cü il tarixlərində Bakıda "Bənö
Məşhur model İrina Şeykin avtomobil yarışlarına gəldiyi geyimi bəyənil
Gücləndirilmiş iş rejimi şəraitində çalışan Bakı metropoliteninin iş