Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb


Digərləri 10 May 2023 16:45:00 223 0

Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb

2023-cü ilin ilk rübü ərzində "Unibank" KB ASC biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq, 290 milyon manata çatıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 %-ə yaxın çoxalıb.

Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarın hesablaşma kassa əməliyyatları üzrə 14% artım qeydə alınıb. Təkcə korporativ müştəri sayı üzrə artım 38 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 37 % olub. 2022-ci ilin birinci rübü ilə müqayisədə, bu ilin ilk rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 70 %-ə çatıb. Biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Bu, onlayn kreditlərin satışında qeydə alınan artımda özünü göstərir. Onlayn kreditlərin satışının artımı məbləğ olaraq 18 %-i ötüb. Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 34 %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 15 %-ə yaxınlaşıb.

Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi yüksəlmə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 66 % artaraq, 145 milyon manata çatıb. Portfel üzrə verilən mikrokreditlərin sayı 2022-ci ilin birinci rübü ilə müqayisədə 46 %, müştəri sayı isə 41 % artıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 22 %, məbləğində isə 36 % artım var.

"Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, birinci rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.

Unibank - Sənin Bankın!

"Bənövşəyi Krallıq" kukla tamaşasının premyerası olacaq like
  • 10 May 16:30  
Kriminal "Bənövşəyi Krallıq" kukla tamaşasının premyerası olacaq

3, 4, 10, 11, 15, 17 və 18 iyun 2023-cü il tarixlərində Bakıda "Bənö

arrow Ətraflı
Rubl bahalaşdı like
  • 10 May 16:00  
Digərləri Rubl bahalaşdı

Moskva birjasında dolların məzənnəsi martın 23-dən bəri ilk dəfə olara

arrow Ətraflı
Məşhur modelin "Formula 1"dəki geyimi müzakirə yaratdı  FOTO like
  • 10 May 15:48  
Digərləri Məşhur modelin "Formula 1"dəki geyimi müzakirə yaratdı FOTO

Məşhur model İrina Şeykin avtomobil yarışlarına gəldiyi geyimi bəyənil

arrow Ətraflı
Bakı metrosunun iş vaxtı bir saat uzadıldı like
  • 10 May 15:30  
Digərləri Bakı metrosunun iş vaxtı bir saat uzadıldı

Gücləndirilmiş iş rejimi şəraitində çalışan Bakı metropoliteninin iş

arrow Ətraflı
“Mən neynirəm Avroviziyanı?”  Afaq Bəşirqızı  VİDEO like
  • 10 May 15:12  
Şou-biznes “Mən neynirəm Avroviziyanı?” Afaq Bəşirqızı VİDEO

"Avroviziya... Əşi, mən nəyə görə Avroviziyaya getməliyəm? Getdim,

arrow Ətraflı
Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub like
  • 10 May 15:02  
Siyasət Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub

Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsin

arrow Ətraflı
Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə film nümayiş olunub  FOTO like
  • 10 May 14:56  
Siyasət Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə film nümayiş olunub FOTO

Mayın 10-da Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin me

arrow Ətraflı
Şəkidə taxıl sahələri məhv olmaq üzrədir like
  • 10 May 14:51  
Digərləri Şəkidə taxıl sahələri məhv olmaq üzrədir

Şəkidə dəmyə üsulu ilə əkilən taxıl sahələri məhv olmaq üzrədir.

arrow Ətraflı
Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub like
  • 10 May 14:46  
Siyasət Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xa

arrow Ətraflı
Müğənni səhnədən yıxıldı, xəstəxanalıq oldu like
  • 10 May 14:40  
Şou-biznes Müğənni səhnədən yıxıldı, xəstəxanalıq oldu

Türkiyəli müğənni Kibariyə xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı