Azərbaycan və İran arasında münasibətlərin normallaşması İrandan asılıdır
Siyasət 06 May 2023 13:45:00 253 0
Qonşu dövlət İranla belə bir münasibətin olması təəssüfləndiricidir. Bu təbii ki, Azərbaycan tərəfinin istəyi ilə yox, məhz molla-fars rejiminin Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı atdığı addımlar nəticəsində meydana gəlib.
Bu xəbəri də oxu: Baş direktora “Şöhrət” ordeni verildi
Son.az Trend-ə istinadən bildirir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu "ARB24" telekanalında çıxışı zamanı deyib.
"Dini sepratçıların İran ərazisində saxlanılması iki dövlətin arasında münasibətlərin bərpasına təkan verə bilməz. Bu gün İran ərazisində onlarla yüzlərlə azərbaycanlılar var ki, onlar beyinləri yuyulmuş, dini fanatik dərslər almış şəxslərdir. Bu şəxslər aysberqin görünən hissəsidir. Onlar zaman-zaman müəyyən hədəflər məqsədlər üçün istifadə olunacaq. İranın Azərbaycanda casus şəbəkəsi daha dərindir. Xüsusi xidmət orqanlarımız əməliyyatlar keçirərək onları ifşa edir. Hesab edirəm ki, bu cür təmizlik işləri davam edəcək", - deyə o qeyd edib.
R.Hafizoğlu bildirib ki, Azərbaycan və İran arasında gərgin münasibətlər İkinci Qarabağ müharibəsindən sonra müşahidə edildi.
"Buna səbəb də İrandır. Münasibətlərin normallaşması Azərbaycandan yox, İrandan asılıdır. İran hər fürsətdə istər Azərbaycan ərazisində, istərsə də ölkədən kənarda Azərbaycana qarşı təbliğat aparacaq. Bu kimi addımlara təbii ki, hazırıq və diplomatik kanallar vasitəsilə adekvat cavablar veriləcək", - deyə o əlavə edib.
Son.az
Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azə
Artıq çəkilərdən qurtulmağa çalışarkən başlıca məqsədlərdən biri
Rusiyalı yazıçı Zaxar Prilepinin avtomobili partladılıb.
Dövlət qulluqçusu olmaq istəyənlər mütəmadi olaraq bu problemlə üzlə�
Son vaxtların ən çox diqqətçəkən gənc və cazibədar müğənnilərində
Son.az Lent.az-a istinadən xəbər verir ki, 2023-cü ilin ən diqqət çəkən
Xəbər verdiyimiz kimi, xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan bir
Məşhur aktrisa Tuba Büyüküstün sosial şəbəkə hesabında dostunu itirm�
Son.az Kulis.az-a istinadən Xalq artisti Eyyub Yaqubov haqqında maraqlı faktl
Məsələ Ermənistanın sülh danışıqlarında tək olmamasıdır. Ona havada
Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Asla
Paytaxtın bəzi ərazilərində yollar genişləndiriləcək.
Xarici işlər naziri Ceyhun Bayramovun "Müasir xarici siyasət quruculuğ
Reper Orxan Zeynallı (AİD) influenser Aynişan Quliyeva ilə duet oxuyub.
Rusiyada sərxoş sürücünün idarə etdiyi avtomobil evə çırpılıb.