Paşinyan buna ümid edirdi, puç oldu


Digərləri 06 May 2023 12:29:00 187 0

Paşinyan buna ümid edirdi, puç oldu

Məsələ Ermənistanın sülh danışıqlarında tək olmamasıdır. Ona havadarlıq edən bir qrup ölkə var. Rusiya, Avropa, hətta ABŞ-ın bir seqmenti, İran və Hindistan Ermənistanın arxasında dayanır.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

"Ermənistan ümid edirdi ki, 44 günlük müharibədən sonra həmin ölkələr effektiv olaraq onun maraqlarını qoruyacaq və Azərbaycana təzyiq edəcək. Bunun nəticəsində Azərbaycan diplomatik masada Ermənistana bəzi güzəştlərə getməyə məcbur olacaq. Ancaq bu, alınmadı. Erməni dövləti Qafqazda mövcud olmaq istəyirsə, onda Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıqda yaşamalıdır. Əgər bunu etməzsə, Ermənistan dövləti üçün böyük təhdidlər və regional təhlükəsizlik üçün böyük problemlər yarana bilər. Azərbaycan bu məsələləri göz önünə alaraq, yaxın müttəfiqləri ilə diplomatik, siyasi, hərbi, texniki sahədə qabaqlayıcı tədbirlər görür. Bir sözlə, Azərbaycan istənilən ssenariyə hazırdır", - Hüseynov bildirib.

Ekspert 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı Üçtərəfli Bəyanatın hüquqi sənəd olmadığını bir daha xatırladıb:

"Ölkə başçısı Şuşada keçirilən beynəlxalq konfransda bunu bir daha vurğuladı. Bəyanatın hüquqi gücü yalnız bəyanatı imzalayan tərəflərin razılaşması ilə nəticələnə bilər. Əfsuslar olsun ki, Rusiya bəyannamənin şərtlərini təmin etmədi. Birincisi, Azərbaycan ərazisindəki rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı bütün qanunsuz erməni hərbi dəstələri regionu tərk etməli idi. İkincisi, Zəngəzur dəhlizinin açılmasında təminatçı Rusiyadır. Ancaq Rusiya Ermənistana təzyiq edə bilmədi, yaxud bunu etmək istəmədi. Nəticədə yeni reallıq yarandı. Bir sözlə, Rusiya Üçtərəfli Bəyanatın təminatçısı olaraq öz işini görə bilmir. Sözsüz ki, Azərbaycan da öz milli maraqlarına uyğun ərazi bütövlüyü, suverenliyi üçün addımlar atacaq. Beynəlxalq hüquq çərçivəsində olduğundan bundan heç kim narazı ola bilməz. Dövlət başçısı özü də dəfələrlə yeni dünya düzəninin formalaşdığını vurğulayır. Köhnə beynəlxalq hüquq qanunvericiliyinin bazası çökür. Azərbaycan da bunu nəzərə alaraq öz suveren maraqlarını müdafiə etmək üçün lazımi addımlar atır. Ermənistan yeni reallığı anlamır, anlasa da, inteqrasiya oluna bilmir. Ona görə də nə baş versə, əziyyətini çəkən yalnız Ermənistan olacaq. Azərbaycan bu dönəmə tam hazırlıqlı idi. Neçə il öncədən ölkə başçısı bilirdi ki, dünya düzənində ciddi iqtisadi, maliyyə, siyasi və s. problemlər var və yeni tranzit marşrutlar açılacaq. Ona görə də biz böyük dövlətlərin maraqlarına uyğun iqtisadi siyasət yeridirik. Azərbaycan həmişə ikitərəfli yox, çoxtərəfli iqtisadi layihələr icra edir. Bu siyasətinə davam edərək Azərbaycan öz nüfuzunu, rolunu ətraf regionlarda da genişləndirib möhkəmləndirəcək", - siyasi şərhçi bildirib.

7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan like
  • 06 May 12:18  
Digərləri 7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan

Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Asla

arrow Ətraflı
Bakının bəzi yolları genişləndiriləcək like
  • 06 May 12:14  
Digərləri Bakının bəzi yolları genişləndiriləcək

Paytaxtın bəzi ərazilərində yollar genişləndiriləcək.

arrow Ətraflı
Aynişan reperlə duet oxudu like
  • 06 May 12:07  
Şou-biznes Aynişan reperlə duet oxudu

Reper Orxan Zeynallı (AİD) influenser Aynişan Quliyeva ilə duet oxuyub.

arrow Ətraflı
Yuxuda idilər, ayıldılar ki...  Sərxoş sürücü maşını evə çırpdı like
  • 06 May 11:56  
Dünya Yuxuda idilər, ayıldılar ki... Sərxoş sürücü maşını evə çırpdı

Rusiyada sərxoş sürücünün idarə etdiyi avtomobil evə çırpılıb.

arrow Ətraflı
Klinik ölümdən sağ çıxan satanist Allahla görüşündən danışdı like
  • 06 May 11:50  
Dünya Klinik ölümdən sağ çıxan satanist Allahla görüşündən danışdı

Keçmiş şeytan kultisti Şeril Bek klinik ölümdən sağ çıxdıqdan sonra A

arrow Ətraflı
Bölgələrdə mənzillərin kirayə qiymətləri kəskin artıb like
  • 06 May 11:45  
Digərləri Bölgələrdə mənzillərin kirayə qiymətləri kəskin artıb

Bölgələrdə mənzillərin kirayə qiymətləri artıb.

arrow Ətraflı
21 kq narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb like
  • 06 May 11:34  
Digərləri 21 kq narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

arrow Ətraflı
Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi ən güclü Azərbaycandır like
  • 06 May 11:29  
Siyasət Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi ən güclü Azərbaycandır

Bu gün Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində A

arrow Ətraflı
Türk jurnalist Şuşada Paşinyanın rəqs etdiyi yerdə qazimizlə yallı getdi like
  • 06 May 11:18  
Digərləri Türk jurnalist Şuşada Paşinyanın rəqs etdiyi yerdə qazimizlə yallı getdi

İşğaldan azad olunan Azərbaycan torpaqlarında aparılan bərpa və quruculu

arrow Ətraflı
Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər like
  • 06 May 10:56  
Siyasət Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartal

arrow Ətraflı
Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı like
  • 06 May 10:51  
Siyasət Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı

Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməkl�

arrow Ətraflı
Bu icra hakimiyyətində korrupsiya yoxlamaları APARILIR like
  • 06 May 10:39  
Digərləri Bu icra hakimiyyətində korrupsiya yoxlamaları APARILIR

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Ra

arrow Ətraflı
2023cü ilin dövlət büdcəsində neftin qiymətinə də yenidən baxılacaq like
  • 06 May 10:34  
Digərləri 2023cü ilin dövlət büdcəsində neftin qiymətinə də yenidən baxılacaq

2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişik

arrow Ətraflı