Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi ən güclü Azərbaycandır
Siyasət 06 May 2023 11:29:00 408 0
Bu gün Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycan öz tarixinin ən möhtəşəm yüksəliş dövrünü yaşayır.
Son.az Trend-ə istinadən bildirir ki, bunu şənbə günü "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Baş nazir Əli Əsədov deyib.
"Heydər Əliyev deyirdi: "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur".
Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü Azərbaycandır", - deyə Baş nazir əlavə edib.
O qeyd edib ki, Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyasi lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır.
"Ulu Öndər tariximizin ən keşməkeşli məqamlarında və taleyüklü dövrlərində xilaskarlıq missiyasını öz üzərinə götürərək xalqımızı yüksəliş yolu ilə irəliyə aparmışdır.
Heydər Əliyev bir-birindən tamamilə fərqlənən iki müxtəlif ictimai-siyasi formasiyanı əhatə edən dövrlərdə xalqımıza başçılıq etmişdir.
Əgər birinci dəfə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev respublikanı müstəqilliyə hazırlamışdısa, ikinci dəfə ölkənin müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etmişdir.
Bugünkü Azərbaycanın inkişaf yolu ötən əsrin 70-ci illərindən, Heydər Əliyevin həm Azərbaycanda, həm də SSRİ-də rəhbər vəzifələr tutduğu dövrdən başlayır.
1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsinə seçilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoydu.
Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə iri miqyaslı quruculuq və dinamik inkişaf illəri kimi daxil oldu.
Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək Azərbaycanı keçmiş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxarmış, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirmişdir.
1969-1982-ci illərdə respublikada xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdır", - deyə baş nazir bildirib.
Baş nazir qeyd edib ki, Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək idi.
"Bu məqsədlə yeni ali və orta ixtisas məktəbləri yaradılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində 15 mindən çox azərbaycanlı gənc ən müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilmiş, bizim ali məktəblərdə mövcud olmayan 250-dən çox ixtisas üzrə kadrlar hazırlanmışdır.
Kadr potensialının inkişaf etdirilməsi strategiyası çərçivəsində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi internat məktəbinin yaradılması Azərbaycanın gələcək zabitləri üçün ilk məktəb olmaqla, Heydər Əliyevin dərindən düşünülmüş müdrik siyasətinin parlaq ifadəsi idi.
Müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunda yüksək təhsilli hərbçilərə böyük tələbat yarananda Heydər Əliyevin uzaqgörənliyinin bir daha şahidi olduq", - deyə Baş nazir əlavə edib.
Son.az
"Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemləşdir
İşğaldan azad olunan Azərbaycan torpaqlarında aparılan bərpa və quruculu
Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartal
Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməkl�
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Ra
2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişik
Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi baş
İranda tanınmış ayətullah Fazel Əstərabadinin oğlunun meyiti tapılıb.
Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks
Türkiyədə fəaliyyət göstərən Nəsrin Cavadzadə müsahibəsi ilə diqqə
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarş�
Bakıda "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: s
"WhatsApp" artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malik
Türkiyə şou-biznesində örnək cütlük kimi göstərilən Arzum Onan və Me