Kamaləddin Qafarov: “Azərbaycançılıq ideyası milli dövlətçilik məfkurəsinin əsasıdır”


Siyasət 06 May 2023 11:25:00 196 0

Kamaləddin Qafarov: “Azərbaycançılıq ideyası milli dövlətçilik məfkurəsinin əsasıdır”

"Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemləşdirilməsi və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında olan ən böyük tarixi xidmətlərindən biridir. Kifayət qədər böyük tarixi ənənələrininolmasına baxmayaraq, azərbaycançılıq ideyası məhz Ulu Öndərimizin səyləri və gərgin çalışmaları nəticəsində yeni ictimai-siyasi dövrün fəlsəfi ifadəsi kimi formalaşmışdır.Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz  Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ulu Öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.Vahid, bütöv Azərbaycanın bölünməzliyi uğrunda mübarizəni özünün həyat amalına çevirmiş Heydər Əliyev çıxışlarının birində demişdir: "Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik." Heydər Əliyevin yeni tarixi dövrdə- 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında da məhz azərbaycançılıq ideologiyası dayanırdı. Onun fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir".

Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: "Ulu Öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür. Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də Ulu öndərin xidmətləri sırasında mühüm yer tutur.Ümummilli Lider Heydər Əliyev demişdir: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır." Məhz bu fikirlər mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında durur".

K.Qafarov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun əhəmiyyətindən bəhs edərək  deyib:

"Ümummilli Lider Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin tarixi əhəmiyyətindən bəhs edərkən demişdir: "Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir... İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər".Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev son dərəcə fəal və müstəqil xarici siyasət kursu həyata keçirir. Bu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə milli mənafeyinin müdafiəsinə yönəlib və onun əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik məfkurəsinin ən mühüm ideyaları durur".

Türk jurnalist Şuşada Paşinyanın rəqs etdiyi yerdə qazimizlə yallı getdi like
  • 06 May 11:18  
Digərləri Türk jurnalist Şuşada Paşinyanın rəqs etdiyi yerdə qazimizlə yallı getdi

İşğaldan azad olunan Azərbaycan torpaqlarında aparılan bərpa və quruculu

arrow Ətraflı
Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər like
  • 06 May 10:56  
Siyasət Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartal

arrow Ətraflı
Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı like
  • 06 May 10:51  
Siyasət Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı

Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməkl�

arrow Ətraflı
Bu icra hakimiyyətində korrupsiya yoxlamaları APARILIR like
  • 06 May 10:39  
Digərləri Bu icra hakimiyyətində korrupsiya yoxlamaları APARILIR

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Ra

arrow Ətraflı
2023cü ilin dövlət büdcəsində neftin qiymətinə də yenidən baxılacaq like
  • 06 May 10:34  
Digərləri 2023cü ilin dövlət büdcəsində neftin qiymətinə də yenidən baxılacaq

2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişik

arrow Ətraflı
Gəncə tarixində ən möhtəşəm sirk şousu baş tutub like
  • 06 May 10:30  
Kriminal Gəncə tarixində ən möhtəşəm sirk şousu baş tutub

Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi baş

arrow Ətraflı
İranda tanınmış ayətullahın oğlunun meyiti like
  • 06 May 10:27  
Digərləri İranda tanınmış ayətullahın oğlunun meyiti

İranda tanınmış ayətullah Fazel Əstərabadinin oğlunun meyiti tapılıb.

arrow Ətraflı
Daha 2 vəzifəli polis işdən kənarlaşdırıldı like
  • 06 May 10:19  
Digərləri Daha 2 vəzifəli polis işdən kənarlaşdırıldı

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks

arrow Ətraflı
"Telefonları vasitəsilə eşq yaşamaları mənə qorxunc gəlir" like
  • 06 May 10:16  
Şou-biznes "Telefonları vasitəsilə eşq yaşamaları mənə qorxunc gəlir"

Türkiyədə fəaliyyət göstərən Nəsrin Cavadzadə müsahibəsi ilə diqqə

arrow Ətraflı
2023cü ilin dövlət büdcəsində dəyişikliklər ediləcək like
  • 06 May 10:13  
Digərləri 2023cü ilin dövlət büdcəsində dəyişikliklər ediləcək

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarş�

arrow Ətraflı
Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilir like
  • 06 May 10:11  
Siyasət Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilir

Bakıda "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: s

arrow Ətraflı
“WhatsApp”dan yenilik: Naməlum nömrələrdən zəng etmək... like
  • 06 May 10:05  
Dünya “WhatsApp”dan yenilik: Naməlum nömrələrdən zəng etmək...

"WhatsApp" artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malik

arrow Ətraflı
27 illik evlilik bitir... like
  • 06 May 09:54  
Şou-biznes 27 illik evlilik bitir...

Türkiyə şou-biznesində örnək cütlük kimi göstərilən Arzum Onan və Me

arrow Ətraflı
İmtahandan çıxarılan Nurla bağlı like
  • 06 May 09:44  
Digərləri İmtahandan çıxarılan Nurla bağlı

Bir müddət əvvəl imtahan günü xoşagəlməz hadisə yaşayan və imtahan z

arrow Ətraflı