Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı
Siyasət 06 May 2023 10:51:00 243 0
Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq.
Bu xəbəri də oxu: Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Son.az Trend-ə istinadən bildirir ki, bunu şənbə günü "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Baş nazir Əli Əsədov deyib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması idi. Heydər Əliyev o günün gələcəyinə dərindən inanırdı.
"Ata vəsiyyətini şərəflə yerinə yetirmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və parlaq qələbəsi, Qarabağın tacı olan Şuşada üçrəngli bayrağımızın dalğalanması Heydər Əliyevin amallarının təntənəsidir.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir.
Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və Böyük qayıdış proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir", - deyə Ə.Əsədov bildirib.
O vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycan öz tarixinin ən möhtəşəm yüksəliş dövrünü yaşayır.
"Heydər Əliyev deyirdi: "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur".
Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü Azərbaycandır", - deyə Baş nazir əlavə edib.
Son.az
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Ra
2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişik
Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi baş
İranda tanınmış ayətullah Fazel Əstərabadinin oğlunun meyiti tapılıb.
Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks
Türkiyədə fəaliyyət göstərən Nəsrin Cavadzadə müsahibəsi ilə diqqə
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarş�
Bakıda "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: s
"WhatsApp" artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malik
Türkiyə şou-biznesində örnək cütlük kimi göstərilən Arzum Onan və Me
Bir müddət əvvəl imtahan günü xoşagəlməz hadisə yaşayan və imtahan z
Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qar
Aktyor Hamdi Alkanın keçmiş arvadı Selen Görgüzel etirafı ilə hər kəsi
Füzuli rayonunda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsa