Türk jurnalist Şuşada Paşinyanın rəqs etdiyi yerdə qazimizlə yallı getdi


Digərləri 06 May 2023 11:18:00 213 0

Türk jurnalist Şuşada Paşinyanın rəqs etdiyi yerdə qazimizlə yallı getdi

İşğaldan azad olunan Azərbaycan torpaqlarında aparılan bərpa və quruculuq işləri dünya mediasının diqqət mərkəzindədir.

Qardaş Türkiyənin mediası bu məsələdə də liderliyi qoruyub saxlayır. Nüfuzlu xəbər portalı "Haber7" Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan hazırladığı silsilə reportajlarda şəhərdə aparılan yenidənqurma işləri, eləcə də, qəhrəman qazilərimizlə söhbət aparıb. "Haber7"nin baş redaktoru Osman Atəşli qeyd edib ki, Azərbaycan dövləti şəhərdə yaşayış sahələrinin yaradılması üçün bütün qurumlarını səfərbər edib. Şəhərin bir çox yerində tikinti işləri tam sürətlə davam edir. Görüntülərdə erməni əsgərlərinin məscidlərə ziyan vurması əksini tapıb. Zədələnmiş məscidlər, xüsusilə də tarixi Saatlı məscidi Azərbaycan dövləti tərəfindən bərpa edilir. Erməni ordusu rəssamlar və şairlər şəhəri kimi tanınan Şuşada məşhur simaların heykəllərini də zədələyib. Şuşa hökumət binasının yerləşdiyi şəhər meydanındakı tunc heykəllər güllə və raketlərlə hədəfə alınıb.

"Şuşaya üç yerdən daxil olduq"

Reportajda daha sonra mayor Elşad Təhməzovun Azərbaycan ordusunun Şuşanı işğaldan necə xilas etdiyi barədə fikirləri yer alıb. Təhməzov xüsusi təyinatlıların Şuşa döyüşü barədə bəzi təfərrüatları bölüşüb. "Düşmən Şuşadan geri çəkildi, daha sonra üç dəfə hücuma keçdi, lakin qarşısını aldıq və geri çəkilməli oldular. Xüsusi təyinatlılarımız Şuşaya 3 istiqamətdən daxil olub" deyərək, əlavə edib ki, "44 günlük döyüşdə PUA-lar bizə böyük dəstək verdi. Bu, bizə düşmən üzərində böyük üstünlük verdi". Təhməzov açıqlamasında "PUA-lar həm bizə kəşfiyyat məlumatı verir, həm də düşməni məhv edirdi. Bu da bizim tərəqqimizi asanlaşdırdı. Eyni zamanda şəhidlərimizin daha az olmasına səbəb oldu" deyib.

"Türklərin gücünü göstərdi"

"Bir çox şəhərlər azad edildikdən sonra medallar verildi". Açıqlamasıyla aldığı medallardan danışan qazi qardaş Türkiyəyə təşəkkürünü çatdırıb. "44 günlük zəfər döyüşündə ən böyük dəstəyi türk milləti, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan verdi. Çox sağ olun. Onların dəstəyi sayəsində bu, biz böyük üstünlük qazandıq. Bu da bizi qürurlandırdı. Dünyaya türkün gücünü göstərdik. Qarabağdakı zəfər türk dövlətlərinin bayraq altında birlik qurmasında da üstünlük yaratdı", - deyə qazimiz nəşrə bildirib.

Şuşaya daxil olarkən ağır artilleriyadan istifadə olunmadığını və həssas əməliyyat aparıldığını qeyd edən Təhməzov deyib: "Biz burada çox həssas əməliyyat keçirdik. Möhtərəm ali baş komandandamızın göstərişi ilə tarixi tikililər olduğundan ağır artilleriyadan istifadə etməmişik. Biz xüsusi təyinatlılar olaraq silahla əməliyyat keçirdik. Bu, müharibə tarixində xüsusi yer tutacaq bir əməliyyatdır. Böyük qayaların üstündə məskunlaşmış Şuşanı xüsusi təyinatlıların bilək gücü ilə aldıq. Şəhidlərimizi kürəyimizdə daşıdıq".

Ən maraqlısı odur ki, türk jurnalist heyəti müsahibədən sonra müharibədən əvvəl Azərbaycana meydan oxuyan Ermənistanın baş naziri Nikol Paşinyanın halay rəqsi oynadığı ərazidə rəqs edib. Və reportajda bunu xüsusi qeyd ediblər.

Azər Nuriyev Son.az

Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər like
  • 06 May 10:56  
Siyasət Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartal

arrow Ətraflı
Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı like
  • 06 May 10:51  
Siyasət Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı

Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməkl�

arrow Ətraflı
Bu icra hakimiyyətində korrupsiya yoxlamaları APARILIR like
  • 06 May 10:39  
Digərləri Bu icra hakimiyyətində korrupsiya yoxlamaları APARILIR

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Ra

arrow Ətraflı
2023cü ilin dövlət büdcəsində neftin qiymətinə də yenidən baxılacaq like
  • 06 May 10:34  
Digərləri 2023cü ilin dövlət büdcəsində neftin qiymətinə də yenidən baxılacaq

2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişik

arrow Ətraflı
Gəncə tarixində ən möhtəşəm sirk şousu baş tutub like
  • 06 May 10:30  
Kriminal Gəncə tarixində ən möhtəşəm sirk şousu baş tutub

Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi baş

arrow Ətraflı
İranda tanınmış ayətullahın oğlunun meyiti like
  • 06 May 10:27  
Digərləri İranda tanınmış ayətullahın oğlunun meyiti

İranda tanınmış ayətullah Fazel Əstərabadinin oğlunun meyiti tapılıb.

arrow Ətraflı
Daha 2 vəzifəli polis işdən kənarlaşdırıldı like
  • 06 May 10:19  
Digərləri Daha 2 vəzifəli polis işdən kənarlaşdırıldı

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks

arrow Ətraflı
"Telefonları vasitəsilə eşq yaşamaları mənə qorxunc gəlir" like
  • 06 May 10:16  
Şou-biznes "Telefonları vasitəsilə eşq yaşamaları mənə qorxunc gəlir"

Türkiyədə fəaliyyət göstərən Nəsrin Cavadzadə müsahibəsi ilə diqqə

arrow Ətraflı
2023cü ilin dövlət büdcəsində dəyişikliklər ediləcək like
  • 06 May 10:13  
Digərləri 2023cü ilin dövlət büdcəsində dəyişikliklər ediləcək

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarş�

arrow Ətraflı
Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilir like
  • 06 May 10:11  
Siyasət Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilir

Bakıda "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: s

arrow Ətraflı
“WhatsApp”dan yenilik: Naməlum nömrələrdən zəng etmək... like
  • 06 May 10:05  
Dünya “WhatsApp”dan yenilik: Naməlum nömrələrdən zəng etmək...

"WhatsApp" artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malik

arrow Ətraflı
27 illik evlilik bitir... like
  • 06 May 09:54  
Şou-biznes 27 illik evlilik bitir...

Türkiyə şou-biznesində örnək cütlük kimi göstərilən Arzum Onan və Me

arrow Ətraflı
İmtahandan çıxarılan Nurla bağlı like
  • 06 May 09:44  
Digərləri İmtahandan çıxarılan Nurla bağlı

Bir müddət əvvəl imtahan günü xoşagəlməz hadisə yaşayan və imtahan z

arrow Ətraflı
Rəsmi Bakı Fransaya cavab verdi: Bu kimi təhrikçi və təxribatçı fikirlərə like
  • 06 May 09:39  
Siyasət Rəsmi Bakı Fransaya cavab verdi: Bu kimi təhrikçi və təxribatçı fikirlərə

Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qar

arrow Ətraflı