Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığı ala biləcək
Siyasət 06 May 2023 13:43:00 210 0
Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını ala biləcək.
Son.az Trend-ə istinadən bildirir ki, bunu şənbə günü "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçiridin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, orada yaşayan şəxslərlə bağlı qərarı Azərbaycan dövləti verir.
"Bununla bağlı hər hansı qərar olarsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda onlara sənəd verilməsi üçün səyyar və ya ASAN xidmət təmin olunacaq", - deyə o əlavə edib.
Son.az
Artıq çəkilərdən qurtulmağa çalışarkən başlıca məqsədlərdən biri
Rusiyalı yazıçı Zaxar Prilepinin avtomobili partladılıb.
Dövlət qulluqçusu olmaq istəyənlər mütəmadi olaraq bu problemlə üzlə�
Son vaxtların ən çox diqqətçəkən gənc və cazibədar müğənnilərində
Son.az Lent.az-a istinadən xəbər verir ki, 2023-cü ilin ən diqqət çəkən
Xəbər verdiyimiz kimi, xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan bir
Məşhur aktrisa Tuba Büyüküstün sosial şəbəkə hesabında dostunu itirm�
Son.az Kulis.az-a istinadən Xalq artisti Eyyub Yaqubov haqqında maraqlı faktl
Məsələ Ermənistanın sülh danışıqlarında tək olmamasıdır. Ona havada
Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Asla
Paytaxtın bəzi ərazilərində yollar genişləndiriləcək.
Xarici işlər naziri Ceyhun Bayramovun "Müasir xarici siyasət quruculuğ
Reper Orxan Zeynallı (AİD) influenser Aynişan Quliyeva ilə duet oxuyub.
Rusiyada sərxoş sürücünün idarə etdiyi avtomobil evə çırpılıb.
Keçmiş şeytan kultisti Şeril Bek klinik ölümdən sağ çıxdıqdan sonra A