Leyla Əliyeva Ulu Öndərin 100 illiyinə həsr edilən ekoloji aksiyalarda iştirak edib FOTO


Siyasət 05 May 2023 20:41:00 219 0

Leyla Əliyeva Ulu Öndərin 100 illiyinə həsr edilən ekoloji aksiyalarda iştirak edib  FOTO

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 5-də Lənkəran rayonunda silsilə ekoloji aksiyalar keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə Lənkəran rayonunun meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Meşəbərpa məqsədilə keçirilən tədbirdə adı Azərbaycanın "Qırmızı kitabı"na düşmüş dəmirağac əkilib.

Sonra Hirkan Milli Parkında turistlərin rahat hərəkət etməsi üçün ekoturizm cığırının "çex modeli" üzrə nişanlanması həyata keçirilib. Sözügedən üsulun ölkəmizdə ekoturizmin inkişafına təkan verməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində geniş tətbiq edilməsi nəzərdə tutulur.

Tədbirin davamı olaraq, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrində balıq populyasiyasının mühafizəsinə və artırılmasına yönəlmiş "Zəngin hövzələr" layihəsi çərçivəsində Xanbulan gölünə balıq körpələrinin buraxılışı həyata keçirilib. Belə ki, sözügedən gölə ümumilikdə 50 000 ədəd çəki körpəsi buraxılıb.

Daha sonra Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilən 7 baş tirəndaz (oxlu kirpi) Hirkan Milli Parkının ərazisinə buraxılıb.

Lənkəranda keçirilən ekoloji aksiyaların təşkilatçıları ölkə ictimaiyyətini Azərbaycanın zəngin və həssas biomüxtəlifliyinin mühafizə edilməsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühit naminə görülən digər səylərdə fəal iştirak etməyə çağırır.

Son.az 

Simonyan: “Nemezis”ə heykəli biz qoymamışıq like
  • 05 May 20:38  
Dünya Simonyan: “Nemezis”ə heykəli biz qoymamışıq

"Nemezis" abidəsinin qoyulması qərarını yerli özünüidarəetmə

arrow Ətraflı
Dövlət Sərhəd Xidməti Akademiyasının təntənəli buraxılış mərasimi keçirilib like
  • 05 May 20:29  
Digərləri Dövlət Sərhəd Xidməti Akademiyasının təntənəli buraxılış mərasimi keçirilib

May ayının 5-də Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılı�

arrow Ətraflı
Həşəratlarda inanılmaz dözüm like
  • 05 May 20:27  
Digərləri Həşəratlarda inanılmaz dözüm

Həşəratlar orqanizmin ciddi bir bölümü olmadan da yaşaya bilir. 

arrow Ətraflı
Gəncədə olan bu məktəb sanki "müharibə"dən qalıb like
  • 05 May 20:16  
Digərləri Gəncədə olan bu məktəb sanki "müharibə"dən qalıb

Son dövrlərdə əsaslı təmir edilən və yenidən inşa olunan məktəbləri

arrow Ətraflı
Hamilə Rihanna görünüşü ilə HEYRƏTLƏNDİRDİ like
  • 05 May 20:05  
Şou-biznes Hamilə Rihanna görünüşü ilə HEYRƏTLƏNDİRDİ

Dünya pop səhnəsinin ulduzu hamilə Rihanna görünüşü ilə görənləri h

arrow Ətraflı
Biləcəridə sakinlər su üzünə həsrətdir like
  • 05 May 19:54  
Digərləri Biləcəridə sakinlər su üzünə həsrətdir

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yaşa

arrow Ətraflı
Füzuli şəhərinin daxili yolküçə şəbəkəsinin təməli qoyulub like
  • 05 May 19:46  
Siyasət Füzuli şəhərinin daxili yolküçə şəbəkəsinin təməli qoyulub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci

arrow Ətraflı
Molla rejimi hicaba görə gənc qızı zorakılıqla həbs etdi like
  • 05 May 19:45  
Digərləri Molla rejimi hicaba görə gənc qızı zorakılıqla həbs etdi

Molla rejiminin repressiv qüvvələri İranda hicaba görə gənc qızı zorak�

arrow Ətraflı
“İlk maşın Flora xanımla məndə olub” like
  • 05 May 19:23  
Kriminal “İlk maşın Flora xanımla məndə olub”

"Bir neçə dəfə işğaldan azad olunmuş ərazilərdə keçirilən tədb

arrow Ətraflı
ABBnin Hacıqabul filialı da yeni konseptdə quruldu like
  • 05 May 18:51  
Digərləri ABBnin Hacıqabul filialı da yeni konseptdə quruldu

ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində Bankın Ha

arrow Ətraflı