“Azərişıq” ASCnin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı olub
Siyasət 05 May 2023 19:57:00 228 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Ölkənin elektroenergetika sektorunda texnoloji innovasiyalarin tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində inşa edilən Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bildirildi ki, Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV-luq "Füzuli" yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Mərkəzin birinci mərtəbəsində birinin gücü 2500 kVA olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə rəqəmsal idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzini işə saldı.
Qeyd olundu ki, rəqəmsal şəbəkələrin təməl elementi olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə əlaqələndirilməsini tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, "yaşıl enerji" mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir.
Son.az
Binəqədi rayonu, Biləcəri qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yaşa
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
Molla rejiminin repressiv qüvvələri İranda hicaba görə gənc qızı zorak�
"ABŞ-nin əsl prezidenti Cill Baydendir".
"Bir neçə dəfə işğaldan azad olunmuş ərazilərdə keçirilən tədb
Dövlət Gömrük Komitəsinin strukturu dəyişib.
ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində Bankın Ha
Hollivudun ən böyük kinostudiyaları bəzi ssenaristlərə maaşların verilm
Əfqanıstan-İran-Türkiyə üçbucağında fəaliyyət göstərən narkotik t�
Mayın 5-də "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarə
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbə
Türkiyəli aktrisa Hazar Ergüçlü yeni münasibətə başlayıb.
Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin
Xəbər verdiyimiz kimi, may ayının 1-dən rəsmi olaraq balıq ovu qadağan e
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci