Prezident və birinci xanım Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar


Siyasət 05 May 2023 20:12:00 177 0

Prezident və birinci xanım Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma inşaat işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Son.az 

Hamilə Rihanna görünüşü ilə HEYRƏTLƏNDİRDİ like
  • 05 May 20:05  
Şou-biznes Hamilə Rihanna görünüşü ilə HEYRƏTLƏNDİRDİ

Dünya pop səhnəsinin ulduzu hamilə Rihanna görünüşü ilə görənləri h

arrow Ətraflı
Biləcəridə sakinlər su üzünə həsrətdir like
  • 05 May 19:54  
Digərləri Biləcəridə sakinlər su üzünə həsrətdir

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yaşa

arrow Ətraflı
Füzuli şəhərinin daxili yolküçə şəbəkəsinin təməli qoyulub like
  • 05 May 19:46  
Siyasət Füzuli şəhərinin daxili yolküçə şəbəkəsinin təməli qoyulub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci

arrow Ətraflı
Molla rejimi hicaba görə gənc qızı zorakılıqla həbs etdi like
  • 05 May 19:45  
Digərləri Molla rejimi hicaba görə gənc qızı zorakılıqla həbs etdi

Molla rejiminin repressiv qüvvələri İranda hicaba görə gənc qızı zorak�

arrow Ətraflı
“İlk maşın Flora xanımla məndə olub” like
  • 05 May 19:23  
Kriminal “İlk maşın Flora xanımla məndə olub”

"Bir neçə dəfə işğaldan azad olunmuş ərazilərdə keçirilən tədb

arrow Ətraflı
ABBnin Hacıqabul filialı da yeni konseptdə quruldu like
  • 05 May 18:51  
Digərləri ABBnin Hacıqabul filialı da yeni konseptdə quruldu

ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində Bankın Ha

arrow Ətraflı
Bu məşhurların maaşlarını kəsdilər like
  • 05 May 18:50  
Şou-biznes Bu məşhurların maaşlarını kəsdilər

Hollivudun ən böyük kinostudiyaları bəzi ssenaristlərə maaşların verilm

arrow Ətraflı
Türkiyədə axtarılan narkobaron çarpayının altından tapıldı like
  • 05 May 18:28  
Digərləri Türkiyədə axtarılan narkobaron çarpayının altından tapıldı

Əfqanıstan-İran-Türkiyə üçbucağında fəaliyyət göstərən narkotik t�

arrow Ətraflı
“Hadrut” qovşaq yarımstansiyası və İdarəetmə Mərkəzi istifadəyə verilib like
  • 05 May 18:26  
Siyasət “Hadrut” qovşaq yarımstansiyası və İdarəetmə Mərkəzi istifadəyə verilib

Mayın 5-də "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarə

arrow Ətraflı
ŞükürbəyliCəbrayılHadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı olub like
  • 05 May 18:20  
Siyasət ŞükürbəyliCəbrayılHadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı olub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbə

arrow Ətraflı
Daha bir serial eşqi gerçək oldu like
  • 05 May 18:17  
Şou-biznes Daha bir serial eşqi gerçək oldu

Türkiyəli aktrisa Hazar Ergüçlü yeni münasibətə başlayıb.

arrow Ətraflı
Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub like
  • 05 May 17:26  
Siyasət Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub

Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin

arrow Ətraflı