Dövlət Sərhəd Xidməti Akademiyasının təntənəli buraxılış mərasimi keçirilib
Digərləri 05 May 2023 20:29:00 236 0
May ayının 5-də Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Bu xəbəri də oxu: Türkiyədə neft emalı zavodunda yanğın oldu
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, mərasim iştirakçıları Fəxri Xiyabanda Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə "Sərhədçi zabit andı"nı qəbul etmişlər.
Məzunlar adından çıxış edən leytenant Qoşqar Mirzəyev Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə etmiş, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnmələri, Akademiyanı uğurla başa vurmaqları üçün əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik etmiş, Dövlət Sərhəd Xidmətinin gənc zabitləri sırasına daxil olduqları dövrün zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, milli sərhəd strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində baş tutması ilə əlamətdar olmasını qeyd etmişdir.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, Dövlət başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan 3 rəngli Dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanmışdır.
DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı uğurla başa çatdırılmışdır.
Həşəratlar orqanizmin ciddi bir bölümü olmadan da yaşaya bilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli ş�
Son dövrlərdə əsaslı təmir edilən və yenidən inşa olunan məktəbləri
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
Dünya pop səhnəsinin ulduzu hamilə Rihanna görünüşü ilə görənləri h
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də "Azər
Binəqədi rayonu, Biləcəri qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yaşa
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
Molla rejiminin repressiv qüvvələri İranda hicaba görə gənc qızı zorak�
"ABŞ-nin əsl prezidenti Cill Baydendir".
"Bir neçə dəfə işğaldan azad olunmuş ərazilərdə keçirilən tədb
Dövlət Gömrük Komitəsinin strukturu dəyişib.
ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində Bankın Ha
Hollivudun ən böyük kinostudiyaları bəzi ssenaristlərə maaşların verilm
Əfqanıstan-İran-Türkiyə üçbucağında fəaliyyət göstərən narkotik t�