Prezident Horovlu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib FOTO


Siyasət 04 May 2023 20:30:00 154 0

Prezident Horovlu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib  FOTO

Mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməli qoyulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Əvvəlcə kənddə görüləcək işlər və yaradılacaq şərait barədə videoçarx nümayiş olundu.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib.

Qeyd olundu ki, birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

Diqqətə çatdırıldı ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.

Prezident İlham Əliyev Horovlu kəndinin təməlini qoydu.

İlham Əliyev Cəbrayılda məktəb binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub  FOTO like
  • 04 May 20:26  
Siyasət İlham Əliyev Cəbrayılda məktəb binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl

arrow Ətraflı
Kim deyirsə qadın bir dəfə aşiq olur, yalandır  "Təhminə" like
  • 04 May 19:36  
Şou-biznes Kim deyirsə qadın bir dəfə aşiq olur, yalandır "Təhminə"

"Atam, anam Krımda doğulub amma Rusiyanın etdiyi zülmlərə görə Tür

arrow Ətraflı
Prezident 330 kVluq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib  FOTO like
  • 04 May 19:30  
Siyasət Prezident 330 kVluq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq

arrow Ətraflı
Anası çəkilən kimi qızı bıçaqlayıb  Tərtərdəki cinayətin təfərrüatı like
  • 04 May 19:24  
Kriminal Anası çəkilən kimi qızı bıçaqlayıb Tərtərdəki cinayətin təfərrüatı

Bu gün Tərtər şəhər sakini 20 yaşlı Leyla Məhərrəmovanın həyat yold

arrow Ətraflı
Naxçıvan Dövlət Nəqliyyat Xidmətinin rəisi işdən çıxarıldı like
  • 04 May 18:56  
Digərləri Naxçıvan Dövlət Nəqliyyat Xidmətinin rəisi işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti Publik hüquqi şə

arrow Ətraflı
Prezident Cahangirbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib  FOTO like
  • 04 May 18:40  
Siyasət Prezident Cahangirbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib FOTO

Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi

arrow Ətraflı
İlham Əliyev Zəngilanda inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib  FOTO like
  • 04 May 18:25  
Siyasət İlham Əliyev Zəngilanda inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan �

arrow Ətraflı
XİN Paşinyanın səsləndirdiyi iddialara cavab verdi like
  • 04 May 17:54  
Siyasət XİN Paşinyanın səsləndirdiyi iddialara cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikas�

arrow Ətraflı
Tolik Meral Konratı tənqid etdi like
  • 04 May 17:48  
Şou-biznes Tolik Meral Konratı tənqid etdi

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) türkiyəli aktrisa Meral Konratın Ba

arrow Ətraflı
İlham Əliyev Qubadlıda məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib  FOTO like
  • 04 May 17:47  
Siyasət İlham Əliyev Qubadlıda məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı ş

arrow Ətraflı