Prezidentin Şuşadakı çıxışı Azərbaycanın dünyadakı yerini və rolunu bir daha nümayiş etdirdi Cəlil Xəlilov
Siyasət 04 May 2023 19:48:00 253 0
ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans dövlətimizin haqq səsinin növbəti təzahürü oldu.
Bu xəbəri də oxu: Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi
Bu sözləri Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, bu konfrans Azərbaycanın dünyadakı roluna diqqət çəkməklə yanaşı, dövlətimiz üçün prioritet olan istiqamətlərin bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdi: "Hər şeydən öncə qeyd edim ki, bu, ADA Universitetinin təşkilatçılığı ilə təşkil edilən ilk beynəlxalq konfrans deyil. ADA Universiteti bundan əvvəl də bir sıra beynəlxalq konfransların təşkilatçısı olub ki, bu tədbirlərin hər biri özünəməxsusluğu ilə yadda qalıb. Şuşadakı beynəlxalq konfrans və bu konfransda Prezident İlham Əliyevin çıxışı isə müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Prezident İlham Əliyev konfransdakı çıxışında Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi. Heydər Əliyevin hələ sovet dönəmində sərt ideoloji əngəllərə rəğmən Azərbaycanın inkişafı istiqamətində ciddi addımlar atdığını bildirən dövlət başçısı, Ulu Öndər tərəfindən atılan bir çox addımların ölkəmizin müstəqilliyinə hesablandığını da vurğuladı. Prezident qeyd etdi ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və bu arzu reallığa çevrildi.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi də Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlət başçısı qeyd etdi ki, belə bir sülh müqaviləsinin imzalanması bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir.
Prezident Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirdi. Prezident haqlı olaraq vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib.
Azərbaycanın Rusiya, ABŞ, İran, Orta Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da Prezidentimizin çıxışında ətraflı şəkildə yer aldı. Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir çıxış oldu. Prezident İlham Əliyev bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu öz yolundan, öz inamından, öz həqiqətindən döndərməyə qadir deyil".
"Atam, anam Krımda doğulub amma Rusiyanın etdiyi zülmlərə görə Tür
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq
Bu gün Tərtər şəhər sakini 20 yaşlı Leyla Məhərrəmovanın həyat yold
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti Publik hüquqi şə
"Azərbaycanim" VI Respublika uşaq rəsm festivali çərçivəsində
Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan �
Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikas�
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) türkiyəli aktrisa Meral Konratın Ba
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı ş
"Baku Network" platforması çərçivəsində Milli Məclisin deputatl
ABŞ heç vaxt olmadığı qədər qərarında qəti görünür. Söhbət Ermən
Bakıda vəzifəli şəxs intihara cəhd edib.
Mayın 5-də 2023-cü ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulm