İrəvanın "qaçdıtutdu" oyunu BİTDİ: Rusiya vurnuxur
Siyasət 04 May 2023 16:58:00 231 0
ABŞ heç vaxt olmadığı qədər qərarında qəti görünür. Söhbət Ermənistanla Azərbaycan arasında yekun sülh sənədinin imzalanması prosesindən gedir.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
Vaşinqton elə bir mənzərə yaradıb ki, Azərbaycanla Ermənistanı barışdırmaq istəyi son bəyanatlardan daha çox sezilməyə başlayıb. Əslində ABŞ belə bir təşəbbüslə buna kimi ilk və sonuncu dəfə düz 22 il əvvəl də (2001-ci il 3 aprel) çıxış etmişdi.
Belə bir görüş o vaxt ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında gerçəkləşmişdi. İnstensiv danışıqlar nə az-nə çox, düz 4 gün çəksə də nəticəyə varmaq olmadı. Lakin həmin dönəmki görüşlə Bakı ilə İrəvan arasındakı hazırki təmaslar bir-birindən yerlə göy qədər fərqlənən tamamilə fərqli geosiyasi reallıqlar şəraitində davam edir.
Rəsmi İrəvan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Danışıqları manipulyasiya etməklə məşğul idi ki, vaxt qazansın və Azərbaycanı o həddə çatdırsın ki, Qarabağdan tamamilə əlini üzmək məcburiyyətində qalsın.
Bu məsələyə ötən gün Prezident İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda da toxunub. Ermənilərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kompromisə gedəcəyini düşündüklərini deyən dövlətimizin başçısı bildirib:
"Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər".
Amma havadarlarına uyaraq Azərbaycana qarşı ərazi iddialarını illərlə davam etdirən Ermənistanın cəzasını elə Azərbaycan özü kəsdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və ikitərəfli görüşlərinin bu gün artıq üçüncü raundu gerçəkləşəcək.
Bakı İrəvana təklif etdiyi sülh paketində Ermənistanın narazılığına zərrə qədər də yer buraxmayıb. Qarabağdakı ermənilərə status verilməyəcək, onların mədəniyyətlərini və dillərini qorumağa şərait yaradılacaq. Bununla bağlı artıq tərəflər arasında razılıq da mövcuddur. Əgər rəsmi İrəvan Vaşinqton formatındana da itaətsizlik nümayiş etdirsə, o zamana Azərbaycan Ermənistanla yenidən hansı dildə danışmağı özü müəyyənləşdirəcək.
Biraz da konkretləşdirsək, əgər ABŞ da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sənəd imzalanmazsa, bu, rəsmi İrəvanın əldə edilmiş razılıqların yazılı şəkildə sənədə həkk etdirilməsindən qaçışı kimi anlaşılacaq və Azərbaycanı məcbur qoyacaq ki, onunla bildiyi şəkildə davransın.
Danışıqlar bir fayda verməzsə, Ararat Mirzoyan imitasiya ilə məşğul olarsa, bu, Ermənistana və regiona baha başa gələ bilər. Ermənistan siyasi rəhbərliyi artıq Qarabağı tamamilə unutmalı, Azərbaycanla münasibətləri normallaşdırmağa fokslanmalıdır.
Ermənistanı yoldan çıxarmaq istəyən qüvvələr dünün olduğu kimi bu gün də var və hazırda bu təmaslardan olduqca narahatdırlar. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərməsi də bunu təsdiq edən məqamdır: "Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür".
Kreml bu mesajla demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun və ya digər vasitəçilərin vasitəçiliyi ilə sülh sənədinə imza ata bilməzlər. Bu isə aydın şəkildə göstərir ki, Rusiya tərəfi açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır və bunu müxtəlif səviyyələrdə elan etməkdədir.
Bakının isə qarşısına qoyduğu məqsədi gün kimi aydındır. Azərbaycan hər kimin vasitəçiliyi ilə olursa olsun bu sənədin imzalanmasında çox qətidir. Əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır.
Burada ən diqqətli və ən həssas tərəf Ermənistan olmalıdır. Çünki Ermənistan regionda oyunçu yox, sadəcə, bölgədə böyük maraqları olan güclərin əlində alətdir. Azərbaycan isə hazırda regional təhlükəsizliyi kökündən həll etmək üçün beynəlxalq güclərin əlindən bu aləti qoparan əsas aktora çevrilməkdədir. Rəsmi İrəvan bunu düşünə bilmirsə, sonra baş verəcəklərə görə günah keçisi kimi özünü sorqulamağı barı öyrənsin.
Təhməz Əsədov Son.az
Bakıda vəzifəli şəxs intihara cəhd edib.
Mayın 5-də 2023-cü ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulm
Yalnız "CinemaPlus" kinoteatrlar şəbəkəsində mayın 4-dən etiba
Yazar Onur Akay Kadir Doğulu ilə bağlı açıqlamalarına görə onun prəsti
Şəkər istehsalında aparıcı ölkələrdən olan Hindistan məhsulun ixracı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl
Bakı - Quba - Rusiya yolunun Qubanın Vladimirovka kəndindən keçən hissəsi
Bu gün barəsində 10 ay həbs qərarı çıxan Türkiyənin pop ulduzu Gülş�
Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olma
Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili Tiflisdəki &q
Problemli münasibətlərini israrla davam etdirən məşhur türkiyəli bloqer
Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı aşağıdak�
Vaşinqtonda davam edən danışıqların müəyyən detalları media tərəfind