Şəmkirdə 1000 dollara narkokuryerlik edən qadın saxlanıldı
Kriminal 03 May 2023 16:48:00 258 0
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Bu xəbəri də oxu: Vəkil məhkəmə zalında həbs olundu FOTO
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Aygün Məmmədova Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 ABŞ dolları və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli çantadan 1 kq 360 qram heroin və 705 qram marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Əkbərov özünün və qonşusunun, rayonun Qədim Qala kənd sakini Elvin Misirovun isə yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə -Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi
Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukraynanın Kremlə pilotsuz uçuş
"Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun ola
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yolux
Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.
Bir neçə gündür ki, sosial şəbəkələrdə eyni gündə toyu olan iki qard
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əl
Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsi
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�
İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəc�
Otuzillik işğal onlara (Ermənistana - red.) heç bir üstünlük vermədi. Ə
Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyət
Paytaxtda yaşayan imişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə m