Berlində Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub FOTO
Digərləri 03 May 2023 15:52:00 248 0
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Bu xəbəri də oxu: Taksi qiymətləri 3040% artdı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.
Qonaqla əvvəlcə Ümummilli Lider Heydər Əliyevlə bağlı filmi izləyiblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin dərin bilikli, cəsarətli, prinsipləri uğrunda qətiyyətlə mübarizə aparan və yüksək milli ruhlu siyasətçi, adını qızıl hərflərlə dünya və Azərbaycan tarixinə yazdırmış böyük dövlət xadimi olduğunu söyləyib. Qeyd edib ki, ölkəmiz müstəqilliyinin ilk illərində qarşılaşdığı ciddi problemlərdən məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olaraq, inkişaf və yüksəliş dövrünə qədəm qoyub. Heydər Əliyevin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu vurğulayan N.Ağayev bu arzunun müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə gerçəkləşdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü və Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Heydər Əliyev Fondunun fəaliyyəti, Fond tərəfindən milli-mədəni irsimizin qorunması və dünyada təbliği, eləcə də elm, təhsil, səhiyyə, multikulturalizm və digər sahələrdə həyata keçirilən müxtəlif layihələr barədə iştirakçıları məlumatlandırıb.
Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsi
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�
İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəc�
Otuzillik işğal onlara (Ermənistana - red.) heç bir üstünlük vermədi. Ə
Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyət
Paytaxtda yaşayan imişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə m
Cənubi Qafqaz ətrafında hazırda baş verən proseslər aktuallığına, regi
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra "SOY&qu
Bir neçə gün əvvəl Sumqayıtda samboçu Mehman Xəlilovun məşq zamanı t�
Azərbaycanda yeni əskinaslar buraxmağa ehtiyac yoxdur.
Azərbaycan Mərkəzi Bankı inflyasiyanın baza ssenarisinin (səkkiz faizə ya
Tanınmış prodüser Acun Ilıcalı sevgilisi Ayça Altunkaya ilə birlikdə İ