İlham Əliyev: Sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyriməhsuldardır
Siyasət 03 May 2023 15:50:00 255 0
Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər.
Bu xəbəri də oxu: Baş direktora “Şöhrət” ordeni verildi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib.
Ermənistanın şərhində Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır".
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�
İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəc�
Otuzillik işğal onlara (Ermənistana - red.) heç bir üstünlük vermədi. Ə
Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyət
Paytaxtda yaşayan imişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə m
Cənubi Qafqaz ətrafında hazırda baş verən proseslər aktuallığına, regi
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra "SOY&qu
Bir neçə gün əvvəl Sumqayıtda samboçu Mehman Xəlilovun məşq zamanı t�
Azərbaycanda yeni əskinaslar buraxmağa ehtiyac yoxdur.
Azərbaycan Mərkəzi Bankı inflyasiyanın baza ssenarisinin (səkkiz faizə ya
Tanınmış prodüser Acun Ilıcalı sevgilisi Ayça Altunkaya ilə birlikdə İ
Biz himayədar ailəyə verilən uşaq sayını məhdudlaşdırmasaq, hesab edir