Bakı İrəvana SEÇİM İMKANI VERDİ


Siyasət 03 May 2023 15:34:00 148 0

Bakı İrəvana SEÇİM İMKANI VERDİ

Cənubi Qafqaz ətrafında hazırda baş verən proseslər aktuallığına, regional əhəmiyyətinə görə 3 il əvvəlki hadisələrdən geri qalmır. Region bu gün növbəti çox ciddi dəyişikliklər astanasındadır. Bütün bu dəyişikliklər isə Azərbaycanın 44 günlük müharibədə yaratdığı yeni reallıqlar fonunda baş verir.

Azərbaycanın Laçın yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhəddində sərhəd keçid məntəqəsi qurması həm dünya güclərini, həm də Ermənistanı fakt qarşısında qoydu. Rəsmi Bakının bu qərarından dərhal sonra Ermənistanın uzun müddətdir sülh danışıqlarına yenidən salmağa cəhd etdiyi düyün birdən-birə açılmağa başlayıb. 

Azərbaycan tərəfi bununla da istər rəsmi irəvana, istərsə də sülh danışıqlarında özlərini vasitəçi kimi təqdim edən tərəflərə nümayiş etdirmiş oldu ki, siz diplomatik həll yolunda öz imkanlarınızdan, sizə verilən fürsətdən istifadə etməsəniz biz öz bildiyimiz şəkildə prosesləri tənzimləyəcəyik. Bakının prinsipiallığı qətiyyəti uzun illərdir özlərini sülh göyərçini kimi təqdim edən dövlətləri yenidən fəal şəkildə proseslərə müdaxilə edib, sülh sənədinin imzalanması istiqamətində fəaliyyətlərini intensivləşdiriblər. 

Xüsusilə də ABŞ-ın son günlərki aktivliyi, Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin həm Nikol Paşinyan, həm də İlham Əliyevlə telefon danışığı apardıqdan sonra Xarici işlər nazirlərini danışıqların son akordlarını müəyyənləşdirmək üçün 1 həftəlik Vaşinqtona dəvət etməsi bu deyilənlərin təsdiqidir. 

İlkin təəssürat ondan ibarətdir ki, ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Bu eyni zamanda Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir. 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü oldu. Danışıqlar intensiv olaraq 4 gün davam etdi və nəticəsiz qaldı. Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var.

Daha da konkret desək, bu gün sülh müaviləsinə ən çox ehtiyacı olan tərəf də elə Ermənistandır. Bu mövzu ilə bağlı ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Ermənistana növbəti mesajını ünvanlayıb:

"Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər", - deyən dövlət başçısı Ermənistana sülh istəməsən savaş da qaçılmaz olacaq xəbərdarlığını etmiş olub. Çünki sülhün altenativi yoxdur. Eyni zamanda ona görə ki, Azərbaycanın masada hələ də həllini tapmayan 10 noyabr üçtərəfli bəyanatı ilə razılaşdırılmış məsələləri var. Bu məsələlər həll onumadan Azərbaycanın işi yarımçıq sayılacaq. Azərbaycan isə heç bir güzəştə getməyəcəyini dəfələrlə bəyan edib. 

Rəsmi Bakı bunu bütün platformalardan dəfələrlə bəyan edib. Ermənistan düşünürsə ki, hər dəfəsində sülh sənədinin imzalanmasının bir addımlığında oyun pozanlıq edib, qaydalara zidd davrana biləcək, yanılır. İlham Əliyevin bu bəyanatı eyni zamanda Vaşinqtonda XİN başçılarının görüşünün hazırda baş tutduğu bir vaxtda səsləndirməsi müxtəlif prizmalardan Azərbaycanın əlini gücləndirən diplomatik gedişdir:

⚫️ Ermənistan rəhbərliyinə mesajdır ki, hələ danışıqların gedişində biz xəbərdarlığımızı etdik. Sülh variantını siz seçmədiniz. İndi nə edəcəyini müəyyənləşdirmək zamanı bizdə.

⚫️ Prezident eyni zamanda sülh danışıqlarında özünü olduqca inamlı vasitəçi kimi göstərməyə çalışan, bu təəssüratı tərəflərə ötürməyi bacaran Vaşinqtona Azərbaycanın sülhə hazır olduğunu, təqdfim etdiyi şərtlərlə Ermənistan razılaşacağı təqdirdə bu sənədin ən qısa bir zamanda imzalanmasında ən maraqlı tərəf kimi təqdim etdi. Ermənistan müxtəlif bəhanələr, variantlar hesabında növbəti dəfə bu mərhələni də dalana dirəməyə cəhd edəcəyi təqdirdə Azərbaycanın adekvat reaksiyası ilə qarşılaşarsa, ABŞ-ın Bakıya təzyiqini, proseslərin diplomatik müstəvidə həllini tələb etmək üçün nümayişkəranə etirazlarını deaktivləşdirmiş olacaq - "Biz sizin (ABŞ) vasitəçiliyinizlə bütün komponentləri razılaşdırmışdıq və Ermənistana sülh əlimizi uzatdığımızı gördünüz".

Bununla da dövlət başçısı sülhdən yayınma məqsədi ilə Ermənistanın törədəcəyi hər hansı bir təxribata cavab tədbirləri zamanı Azərbaycana qarşı olacaq "hücumları" da qabaqcadan neytrallaşdırmış sayıla bilər. 

Dövlət başçısı onu da açıq şəkildə bildirib ki, Ermənistan tərəfinin bu dəfə də sülhdən yayınması onun üçün heç də yaxşı nəticələrlə yekunlaşmayacaq. İlham Əliyev bu bəyanatı ilə sülh üçün bu mərhələni diplomatik təmaslar baxımından yekun mərhələ olduğuna bir eyham vurub. Çünki üçtərəfli bəyanatın imzalandığı "10 noyabr 2020-ci il) tarixdən bu yana rəsmi İrəvanla Bakı arasında müxtəlif diplomatik kanallar vasitəsi ilə müxtəli ölkələrdə, şəhərlərdə görüşlər keçirilib. Hər dəfəsində Ermənistan sülhdən qaçıb, danışıqlar prosesini pozub. Artıq Azərbaycanın Ermənistanın nazı ilə oynamağa nə zamanı qalıb, nə də səbri. 

Bakı tez bir zamanda sülh sənədinin imzalanmasında maraqlıdır. Çünki, bu, Qarabağdakı separatçıların bölgəni tərk etməsi, Ermənistanın Qarabağdan birdəfəlik imtinası, işğaldan azad edilən ərazilərində bərpa-quruculuq işlərinin daha sürətli hal alması, insanların öz yurd-yuvalarına ən qısa zamanda geri dönməsi, Qarabağda həyatın yenidən canlanması, kommunikasiya xəttlərinin işə düşməsi və regional təhlükəszilik baxımından qarant sənəd olacaq. 

Prezidentin "Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər" fikri də bir daha təsdiq edir ki, Azərbaycan Ermənistanı növbəti dəfə vaxt qazanmaq məqsədi ilə manipulyasiyalarına uymaq, aldanmaq fikrində deyil. Bu, Ermənistan üçün ya yeni bir mərhələnin başlanğıcı olacaq, ya da sonun...

Əslində İlham Əliyevin bu xəbərdarlığı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanən elə Vaşinqto görüşləri ərəfəsində səsləndirdiyi "İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərini yaxın zamanda Bakıya çatdıracaq" fikirlərə cavab olaraq da İrəvanın yanlış seçim etməməsi baxımından olduqca önəmlidir.   Nəzərə alsaq ki, Ermənistan bundan bir neçə ay öncə də elan etmişdi ki, İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı təklifini göndərib, o zaman İrəvandan növbəti manipulyasiyanı da gözləyə bilərik. Lakin iddia tək bununla yekunlaşmır:   1. Bununla Ermənistan "səndə-məndə" prinsipinə sadiq qalaraq danışıqlar prosesini yenidən dalana dirəmək, sülhə mane olmağa çalışır.

2. Yaxud da Azərbaycanın Laçın yolunun başlanğıc nöqtəsində sərhəd-keçid məntəqəsini qurması, bir neçə əhəmiyyətli yüksəklikləri nəzarətə götürməsi Ermənistanı bundan əvvəlki təklifinə korrektələr etmək məcburiyyətində qoyub.

Bir tərəfdən də proseslərə artıq Vaşinqtonun heç vaxt olmadığı qədər daha ciddi şəkildə qoşulması İrəvanı məcbur edir ki, bu zamana kimi geri çevirdiyi, müəyyən məsələlərdə razılaşmadığı Bakının sülh paketini məqbul saysın. Bakının qoyduğu qaydalarla razılaşıb-razılaşmamaq isə İrəvanın öz işidir. Çünki Azərbaycan istənilən gedişata hazırdır. 

Təhməz Əsədov Son.az

Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu like
  • 03 May 15:24  
Şou-biznes Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra "SOY&qu

arrow Ətraflı
Sumqayıtdakı hadisədə məşqçinin hərəkəti vəhşilikdir like
  • 03 May 15:12  
Digərləri Sumqayıtdakı hadisədə məşqçinin hərəkəti vəhşilikdir

Bir neçə gün əvvəl Sumqayıtda samboçu Mehman Xəlilovun məşq zamanı t�

arrow Ətraflı
Təlimçiekspert intihar etdi like
  • 03 May 15:00  
Digərləri Təlimçiekspert intihar etdi

Müəllim, təlimçi-ekspert Nizami Məmmədli intihar edib.

arrow Ətraflı
Azərbaycanda yeni əskinaslar buraxılacaq? like
  • 03 May 14:59  
Digərləri Azərbaycanda yeni əskinaslar buraxılacaq?

Azərbaycanda yeni əskinaslar buraxmağa ehtiyac yoxdur.

arrow Ətraflı
Mərkəzi Bank gələn il inflyasiyanın 8 faizə düşəcəyini gözləyir like
  • 03 May 14:48  
Digərləri Mərkəzi Bank gələn il inflyasiyanın 8 faizə düşəcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın baza ssenarisinin (səkkiz faizə ya

arrow Ətraflı
Acun Ilıcalı bunu keçmiş arvadının acığına etdi? like
  • 03 May 14:37  
Şou-biznes Acun Ilıcalı bunu keçmiş arvadının acığına etdi?

Tanınmış prodüser Acun Ilıcalı sevgilisi Ayça Altunkaya ilə birlikdə İ

arrow Ətraflı
Məhdudiyyət olmasa, ailə evi müəssisəyə çevirə bilər like
  • 03 May 14:26  
Digərləri Məhdudiyyət olmasa, ailə evi müəssisəyə çevirə bilər

Biz himayədar ailəyə verilən uşaq sayını məhdudlaşdırmasaq, hesab edir

arrow Ətraflı
İlham Əliyev: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi like
  • 03 May 14:24  
Siyasət İlham Əliyev: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi

Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu he�

arrow Ətraflı
Azərbaycan Prezidenti: Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq like
  • 03 May 14:19  
Siyasət Azərbaycan Prezidenti: Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq

Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sü

arrow Ətraflı
"Xahiş edirəm, Bakıda da alt paltarında oxusun" like
  • 03 May 14:15  
Şou-biznes "Xahiş edirəm, Bakıda da alt paltarında oxusun"

Amerikanın dünyaca məşhur "Imagine Dragons" rok qrupu Bakıya gəl

arrow Ətraflı
Ermənistan hava məkanının bağlanılması soyqırım iddialarına cavabdır like
  • 03 May 14:08  
Digərləri Ermənistan hava məkanının bağlanılması soyqırım iddialarına cavabdır

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanla hava məkanın

arrow Ətraflı
DİQQƏT  Tanınmış jurnalistin adından dələduzluq edilir like
  • 03 May 14:04  
Digərləri DİQQƏT Tanınmış jurnalistin adından dələduzluq edilir

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Əməkdar İncəsənət Xadimi

arrow Ətraflı
Azərbaycanlı qız Aydan Şeneri ŞOKA SALDI like
  • 03 May 13:53  
Digərləri Azərbaycanlı qız Aydan Şeneri ŞOKA SALDI

İtaliyada yaşayan azərbaycanlı instaqram ulduzu və dizayner Günay Həsəno

arrow Ətraflı
Bu uşaqlara daha çox müavinət verilsin like
  • 03 May 13:49  
Digərləri Bu uşaqlara daha çox müavinət verilsin

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin deputatı Vüqar Bayramo

arrow Ətraflı