Vaşinqton görüşündən Moskvaya qədər Ermənistanın dəyişməz "statuskvo" tərsliyinə qarşı Əliyevin "altda qalanın canı çıxsın" taktikası
Siyasət 03 May 2023 13:03:00 215 0
Azərbaycan - Ermənistan münasibətlərində problemlərin aradan qaldırılması prosesi tarixdə ən mürəkkəb mərhələlərdən birini yaşayır. Heç keçmiş "Dağlıq Qarabağ münaqişəsi" mövcud olduğu vaxtlarda da belə mürəkkəblik və çətinlik yox idi. Dünyanın 3 güclü dövləti sayılan ABŞ, Rusiya və Fransanın hər biri problemin üstündə öz maraqlarını güdsələr də, formal olaraq birlikdə idilər. Vaxtilə onları formal bir araya gətirmiş MQ- nin həmsədrlik institutu indi daha mövcud deyil, üstəlik bu üç ölkə "ikisi birinə qarşı" prinsipi ilə açıq mənafe davasına başlayıblar. Yəni ABŞ və Fransa təxminən eyni mövqe göstərməklə tam fərqli prinsiplərlə hərəkət edən Rusiyanın hegemonluğuna son qoymağa çalışırlar. Ən fəlakətli mənzərə isə odur ki, belə mürəkkəb və çarpaz münasibətlərin içində olan hər 3 ölkə Bakı-Yerevan münasibətlərinin tənzimlənməsində üstün vasitəçilik səyləri göstərirlər. Hər kəs öndə və aparıcı olmağa çalışır. Aydın məsələdir ki, onlardan hansısa birinin təklif etdiyi sülhə doğru yol xəritəsi və ya ideya dərhal digərləri tərəfindən süngülənir və pozulur. Başqa cür mümkün də deyil. Vəziyyəti dramatikləşdirən həm də odur ki, bu mürəkkəb və çarpaz geosiyasi münasibətlərin içində Ermənistan ənənəvi oyunbazlığından qalmır və o da əslində öz mənafelərinə uyğun olaraq sülh pozuculuğu taktikasının fəal aparıcılarından birinə çevrilir. Nəzərə almalıyıq ki, indiki geosiyasi və diplomatik şərtlər çərçivəsində Ermənistan rəhbərləri özlərinə tam sərfəli heç bir normallaşma modeli görmürlər, görmək istəmirlər, ortaya qoyulan hər bir modeli açıq və ya diplomatik üsullarla sabotaj edirlər. Yəni ABŞ bir model irəli sürəndə Ermənistan onu bir bəhanə ilə pozur, ya ləngidir. Rusiya da təklif verəndə eyni ssenarilər işə düşür. Çünki Ermənistanın məqsədi hazırkı status-kvonu nəyin bahasına olsa uzatmaqdır. Bunu açıq deyirlər. Paşinyan bu günlərdə özünün məhdud çevrəsində indiki "status-kvonun" uzadılmasını erməni dövlətçiliyinin mövcudluq şərti adlandırıb, əlavə edib ki, növbəti üç il bu bizim mövcudluq şərtimizdir və bundan istifadə edərək güclənməliyik. Demək, revanş planları yaşayır, yaşadılır, hazırlıq gedir... Laçın yolunda Azərbaycan ekofəallarının aksiyası fonunda yaranmış durumda Ermənistan dekabrda nazirlərin Moskva görüşünü pozdu, Rusiya iki ölkə rəsmilərinin yüksək görüşlərinin necə olursa olsun təşkili iddiasını yenidən açıq ortaya qoydu, proses 6 aydır gedir, görüşün vaxtı hələ dəqiqləşməmiş bu dəfə Paris və Vaşinqton aktivləşdilər, Fransanın XİN başçısı Kolonna Bakıya və Yerevana gəldi, ABŞ Dövlət katibi Blinken "KPP məsələsindən" sonra daha aktivləşərək Azərbaycan və Ermənistan liderləri ilə danışdı, ardınca isə Vaşinqtonda Mirzoyanla Bayramovun mərhələli görüşlərini təşkil etdi... Sözsüz ki, nazirlərin Vaşinqton görüşünün hansı konkret nəticələr verəcəyini hətta ən skeptik adamlar da gözləyir.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
6 aydır tərəflər arasında təmaslar yoxdur..
Çünki tərəflərin arasında düz 6 aydır heç bir təmas yoxdur, Ermənistan sərhədlərdə vəziyyəti gərginləşdirən addımlardan bir an çəkilmir, xoşməramlı bir jest göstərmir, Azərbaycana qarşı "Xankəndidə genosiddən tutmuş etnik təmizləməyə qədər" ifrat böhtanlarını davam etdirir.
Mürəkkəb münasibətlərin içində sülhə doğru yeganə ardıcıl, xalis və aydın siyasət aparan tərəf Azərbaycandır. Azərbaycanın aydın və xalis siyasətinin kökləri Prezident İlham Əliyevin o məntiqli bəyanatlarına söykənir ki, biz hər yerdə, istənilən səviyyələrdə, istənilən formatlarda (ömrünü başa vurmuş MQ - dan başqa) sülh dualoquna hazırıq. İlham Əliyevin dialoq məntiqinin gücü və ardıcıllığı Azərbaycanın özünün güclü, doğru mövqelərdə olması ilə bağlıdır. İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq dünyada çoxlarını inandırdı ki, sülh Azərbaycandan çox Ermənistana lazımdır, çünki kapitulyant və təcrid vəziyyətində olduğu üçün dövlətçiliyi və mövcudluğu təhlükəyə girmiş tərəf Ermənistandır.
Azərbaycanın isə həm Rusiya, həm Qərb, həm də Cənub geosiyasi məkanı üçün əhəmiyyəti durmadan artır. Sadə desək, bu gün Ermənistana münasibətdə İlham Əliyevin mövqeyi "altda qalanın canı çıxsın" prinsipinə söykənib. Məhz buna görə Azərbaycan Prezidenti Ermənistanla normallaşma danışıqlarının hansı dünya payraxtında keçirilməsindən çəkinmir. Bütün görüşlərə hazır və həvəslə gedir. Məkandan asılı olmayaraq bütün görüşlərdəki mövqeyi eyni prinsiplərə əsaslanır. Bir paytaxtda dediklərini digərində gizlətmir və ya ab- havaya uyğun dəyişmir. Bu günlərdə Vaşinqtonda davam edən Bakı-Yerevan danışıqlarından sonra Moskvada, Brüsseldə hansısa görüş təşkil olunacaqsa, özü və ya naziri həmin görüşlərdə də iştirak edəcək. Azərbaycan Prezidenti üçün gizlətməli və ya manevr edəcəyi bir mətləb yoxdur. ABŞ, Fransa, Rusiya rəsmilərinin üzlərinə şax deyir ki, Xankəndinə gedən hər şeyi yoxlamaq bizim süveren hüququmuzdur, Laçın yolunda "KPP" yaratmaq süveren hüququmuzdur, "Dağlıq Qarabağ bölgəsi" və buna uyğun adda heç bir münaqişə artıq yoxdur, Azərbaycanın Qarabağ regionu var, Qarabağ regionunun erməni sakinlərinin hüquq və təhlükəsizlikləri Azərbaycanın daxili işidir, bununla bağlı müzakirələrə heç bir beynəlxalq qurum buraxılmayacaq, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini rəsmən tanıması hələ kifayət deyil, lazımdır ki, "Ermənistan keçmiş Dağlıq Qarabağ Azərbaycanın süveren ərazisidir" bəyanatını rəsmən səsləndirsin, Ermənistanla sülh sazişi yalnız o halda mümkün olacaq ki, bütün Qarabağ bölgəsi daxil Azərbaycanın süverenliyi tanınsın və buna əməl edilsin, Ermənistan bunlari tanımasa, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq və sair.
Azərbaycan Prezidentinin böyük qətiyyət və əzmlə səsləndirdiyi bu tezislərdən çıxan haqq və doğru məntiq Parisdə və Vaşinqtonda ən qatı senatorların və Azərbaycanda ən sadə insanların başa düşdüyü bu sadə formada ifadə oluna bilər: "Altda qalanın canı çıxsın"... Laçın yolunda nəzarət - buraxılış mexanizmini qurub möhkəmləndirəndən sonra Xankəndiyə gedib - gələn hər şey legitim əsaslarda yoxlanacaq, təhlükəli heç nə buraxılmayacaq, Araiklər və Rubenlər Xankəndi - Gorus yolunu daha heç vaxt" su yoluna "döndərə bilməyəcəklər. Bu şəraitdə sərhəd mübahisələrinin və sazişin imzalanmasının bütün məsuliyyəti artıq Ermənistanın üzərindədir. İmzalamaq istəyərlər, daha yaxşı. Azərbaycanın və İlham Əliyevin müharibə bitən gündən iradəsi zatən elə budur. İmzalamaq istəməzsə, yenə də... "Altda qalanın canı çıxsın"...
Ermənistan Vaşınqtonda sülh gündəminə uyğun konkret nəticələrə ulaşılmasına şans verəcəkmi? Bir gözünu Kremldən çəkə bilməyən Ermənistan rəsmilərinin Vaşinqtonda bölgənin sırf təhkükəsizlik tələblərindən çıxan müstəqil siyasi-diplomatik iradə göstərməyə gücü yetəcəkmi? Vaşinqtonda konkret razılaşmalar olsa,
Lavrovun və ya Putinin iştirakı ilə növbədəki Moskva görüşlərinədək onları icra edə biləcəkmi? Etiraf edək ki, bunlar Ermənistanın əvəzindən cavab verilməsi çox çətin suallardı. İllah ki, artıq deyildiyi kimi, Ermənistan saziş və sərhəd dəqiqləşməsini yox, status-kvonun uzadılmasını hədəfləyib.
İlham Əliyevin gücü ilə dəyişdirildi...
Əslində Vətən müharibəsinə qədərki Ermənistanın ümumən "status- volara" yanaşmaları dəyişməyib. Ermənistan Vətən müharibəsinə qədər o zamankı status-kvonun, yəni işğal rejiminin saxlanmasına var güclə çalışırdı. Saxlaya bilmədi. İndi isə Vətən müharibəsindən sonrakı yeni "status-kvonun" uzadılmasına, yəni dəyişməməsinə çalışır, özlərini düzəldənə və ravanş gücünə yetişənə qədər... Demək, Ermənistanın niyyəti dəyişməyib. Dəyişən "status-kvodur". Müharibəyə qədər yalnız Ermənistan üçün sərfəli "status-kvo" var idi,
İlham Əliyevin gücü ilə dəyişdirildi. Müharibədən sonra Ermənistan üçün sərfəli olmayan yeni "status-kvo" yaratdıq...
Bəs Ermənistanın uzatmağa çalışdığı yeni "status-kvonun" mahiyyəti nədir və buna hansı üsullarla nail olmağa çalışır?
Ermənistanda yaxşı başa düşülür ki, müharibəyə qədərki "status-kvonu" qaytarmaq mümkünsüzdür.
Təzədən Qarabağı işğal edə bilməzlər, heç Laçın "KPP"-dən bu yana icazəsiz keçə də bilməzlər. Qalan bircə odur ki, pis də olsa, heç olmasa mövcud şeyləri olduğu kimi saxlasınlar. Bu o deməkdir ki, saziş imzalanmasın, sərhəd gərginliyi və sərhəd qeyri-müəyyənliyi qalsın, Xankəndi və ətrafı Azərbaycanın süveren nəzarətindən kənar qeyri-rəsmi ərazi statusunu saxlasın.
Ermənistan bu hədəflərə nail olmaq üsullarını da müəyyənləşdirib. Bunlar:
1. Beynəlxalq birliyin diqqətini sülh sazişindən və sərhəd danışıqlarından mümkün qədər yayındırmaq...
2. Dünyanın diqqətini Azərbaycanın Laçın yolunda guya qanun-qaydasız "KPP" quraşdırmaqla Xankəndidə "genosid və etnik təmizləmə aparmaq planları"na yönəltmək...
3. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi deyilən məsələnin hansısa beynəlxalq müzakirə formatına keçirilməsini dünyanın davamlı mövzusuna çevirmək...
Bu hədəflərdən çıxış edərək Vaşinqtonda Blinkenin vaditəçiliyi ilə keçirilən və gələcəkdə keçiriləcək bütün müzakirələrdə Ermənistanın hansı strategiyanı izlədiyi aydın görünür. Ermənistan nümayəndəsi Vaşinqtonda çalışacaq ki, Laçın yolunda" blokada və genosid hazırlıqları" ABŞ-ın siyasətində əsas məsələ kimi təsdiqlənsin və Qarabağ ermənilərinin hüquqları ilə bağlı beynəlxalq format(?) əsas gündəm mövzularından birinə çevrilsin...
Heç şübhə yoxdur ki, bu gün ABŞ-ın ən çox "döydüyü" birbaşa dialoq modelini məhz Ermənistan sabotaj edəcək. Bu modeldə Azərbaycanı qorxudacaq bir şey yoxdur. Tək bir halda Ermənistan sabotaj etməyə bilər- rəsmi Vaşinqton Laçın yolunda "KPP"-ni və ermənilərin hüquqlarının beynəlxalq müzakirəsini əsas mövzular kimi qəbul etsə...
Ermənistan bu məsələləri Vaşinqtondan sonra Moskva və ya Brüssel görüşlərində də önə çıxarmağa çalışacaq.
Bütün bunlar ABŞ-ın çox önəm verdiyi Vaşinqton danışıqlarının real perspektivlərini sıfıra endirir. Vaşinqton müzakirələrinin real perspektivlərə təkan verməsi o halda gerçək ola bilər ki, ABŞ dövləti "KPP" və ermənilərin hüquqları məsələsində Azərbaycanın mövqelərinin real olduğunu qəbul etsin. ABŞ-da başa düşülməlidir ki, regionda sülh üçün "açar şərt" birbaşa dialoqdan əvvəl bununla bağlıdır. Heç olmasa ona görə ki, Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa imkan verməyəcək və bu işdə Ermənistan da ona "can - başla" dəstək verəcək...
Prezident İlham Əliyevin bu günlərdə Blinkenlə telefon danışığında əsas diqqəti "KPP"-yə və Qarabağ ermənilərinin Azərbaycanla inteqrasiyasına yönəltməsi məhz "açar rolu" oynayan bu amillərlə bağlıdır... Bu iki məsələdə ABŞ erməni lobbisinin təsirlərini kənara qoya bilsə, bölgəmizə sülh daha tez gələcək..
Rusiya ilə aparılacaq siyasətin isə öz "tezisləri" var və İlham Əliyev bunları da əla bilir...
Aydın Quliyev, Bakı-Xəbər qəzetinin baş redaktoru Son.az
"Bilsəydim ki, indiki musiqilərə, mahnılara rast gələcəm, heç vaxt
Türkiyənin məşhur alış-veriş saytı olan "Trendyol"a daxil olar
Ukraynanın NATO üzvlüyünün Rusiyanı provokasiyaya təşviq edəcəyi ilə
Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və bir
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan Dubayda istirahətdə olarkən
2023-cü ildə Türkiyədə hava yolu sahəsi üzrə 47 layihə həyata keçiril
3 gün əvvəl Bakının Xəzər rayonunda yol kənarında dayandığı zaman av
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat
Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətinin Baxmut bölgəsini tər
Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şək
Çin hökuməti ölkənin cənub-qərbindəki Yunnan əyalətinin Baoşan şəh�
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü
Qlobal iqtisadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına mühüm təsir gö
Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbr