İlham Əliyev Polşa Prezidentinə təbrik məktubu göndərib
Siyasət 03 May 2023 11:20:00 273 0
Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Milli Məclis Ermənistana təzyiq etməyə çağırdı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur.
İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Son.az
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden dörd yaşlı qızına ödədiyi
Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsind
Mart ayında illik inflyasiya 13.6% təşkil edib ki, bu da ötən ilin sentyabr
ABŞ-ın Cənubi Karolina ştatında faciəvi qəza baş verib.
Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı
TƏBİB-dən Səhiyyə Nazirliyinə keçən xəstəxanalarda icbari tibbi sığo
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs
"Zabit Səmədov" döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca
Mayın 3-ü gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ər
Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 21 ədəd
Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Türkiyənin Sivas şəhərinin Dikili kəndində 8 metr yarım uzunluğundakı
Bir neçə gündür ki, idmançı Mehman Xəlilovun məşq zamanı kobud rəftar