İrəvanla separatçılar arasında ÇAT BÖYÜYÜR
Digərləri 03 May 2023 12:27:00 246 0
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqotonda baş tutan danışıqlar gözlənildiyi kimi, Minsk qrupunun digər üzvü Rusiyada birmənalı qarşılanmayıb.
Bu xəbəri də oxu: Bu dərmanların istifadəsi ölümə səbəb olur
Media və siaysi dairələrdə rəsmi İrəvan yenə tənqid olunub. Məsələn,"Kommersant" nəşri bu görüşü ATƏT-in Minsk qrupunun sonu olaraq xarakterizə edib və bu görüşü daha çox ABŞ, Rusiya və Fransanın Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində liderliyi ələ almaq yarışına qoşulma kimi xarakterizə edib. Nəşrdən bir sitat: "...danışıqlardan sonra kameralar qarşısında dövlət katibi Entoni Blinkenin üzündən nikbinlik yağırdı. Nəşr diqqəti ona yönəldib ki, analoji nikbinliyi Mirzoyan və Bayramov barəsində söyləmək olmur.
Kremlə yaxın "Nezavisimaya qazeta"a isə diqqəti Laçın dəhlizində Azərbaycanın quraşdırdığı sərhəd keçid məntəqəsinə yönəldib. "İrəvanlı analitik Boris Navasardyanın sosial şəbəkələrdə qeyd etdiyi kimi, erməni tərəfi başa düşməlidir ki, bu keçid məntəqəsi birdəfəlik və əbədi olaraq quraşdırılıb. O, yalnız mümkün yeni müharibə zamanı yox ola bilər. Heç bir tənqid Azərbaycanı bu keçid məntəqəsini ləğv etməyə məcbur etməyəcək və Ermənistan tərəfinin vəzifəsi bu obyektdən maksimum fayda əldə etmək, məsələn, yükdaşımalara birgə nəzarətlə bağlı Azərbaycan tərəfi ilə dialoqa başlamaqdır.
Nəşr diqqəti ona yönəldir ki, İrəvanla Xankəndi arasında münasibətlərdə daha bir çat yaranıb. "Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək üçün geniş mandata malik beynəlxalq sülhməramlılar cəlb olunmalıdır. Xankəndi (Rusiya nəşri ənənəsinə sadiq qalaraq şəhəri Stepanakert adlandırmaqda davam edir) hesab edir ki, bu bəyanat Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə kölgə salır. "Qarabağla bağlı Ermənistanın baş naziri mövqeyindən maksimum uzaqlaşıb. Xüsusilə, separatçıların "dövlət naziri" Qurgen Nersesyan deputatların sualını cavablandırarkən bildirib ki, tanınmamış respublikanın nümayəndələri ilə Ermənistan hakimiyyətinin bir dənə də olsun bəyanatı müzakirə olunmayıb. O, İrəvanla birbaşa əlaqə saxlamadığını, yalnız qondarma qurumun XİN vasitəsilə əlaqə saxladığını vurğulayıb", - deyə Rusiya nəşri yazıb.
Azər Nuriyev Son.az
Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətinin Baxmut bölgəsini tər
Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şək
Çin hökuməti ölkənin cənub-qərbindəki Yunnan əyalətinin Baoşan şəh�
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü
Qlobal iqtisadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına mühüm təsir gö
Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbr
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden dörd yaşlı qızına ödədiyi
Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsind
Mart ayında illik inflyasiya 13.6% təşkil edib ki, bu da ötən ilin sentyabr
ABŞ-ın Cənubi Karolina ştatında faciəvi qəza baş verib.
Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı
TƏBİB-dən Səhiyyə Nazirliyinə keçən xəstəxanalarda icbari tibbi sığo
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs