Sağlamlığımızı təhdid edən metapnevmovirusdan necə qorunaq?


Digərləri 08 Yan 2025 08:08:00 72 0

Sağlamlığımızı təhdid edən metapnevmovirusdan necə qorunaq?

Xəbər verdiyimiz kimi, metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur. Qonşu ölkələrdə də bu xəstəliyə yoluxanların olması bizi də düşündürür və təşvişə salır. Əhalini maraqlandıran əsas suallar da elə bu virusdan qorunma yolları, yoluxma olarsa, müalicə üsullarıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni yayılmış metapnevmovirus haqqında danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev xəstəliyin müalicəsi, qarşısının alınması və simptomları ilə bağlı məlumat verib.

"Bu virus ilk dəfə 2001-ci ildə Niderlandda aşkar olunub. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, hətta pnevmoniyasına səbəb ola bilir. Hava-damcı yolu ilə yoluxur ki, bu da önəmli məqamdır. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar, körpələr, xroniki orqan çatışmazlığı olan xəstələr bu xəstəliyi daha ağır formada keçirə bilir. Bu xəstəliyi ağır keçirən şəxslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir.

Yanaşı xəstəliyi olmayan şəxslərdə bu xəstəlik yüngül formada keçir. Öskürək, burun axıntısı, nəfəs darlığı, temperatur, sinədə xışıltı xəstəliyin əsas əlamətləridir. Xəstəliyi digərlərindən ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu virusa qarşı peyvənd araşdırma mərhələsindədir, yəni təsdiqlənmiş bir peyvəndi yoxdur. Müalicə yollarından isə ən doğrusu simptomatik müalicədir. Xəstəliyin erkən mərhələlərində antibiotik, sistem istifadə etmək xəstənin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Bu baxımdan, səhv müalicə etməkdənsə, sadəcə simptomatik müalicə etmək ən doğru seçimdir. İlk vacib olan məsələ bu xəstəliyə yoluxmamaqdır. Buna görə də bu xəstəliyə yoluxan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, ara məsafəsi saxlayıb, gigiyena qaydalarına uymaq virusa yoluxmamanın ən etibarlı yoludur. Xəstə şəxslərə məsləhətim odur ki, ev şəraitində qalsınlar. Onların izolyasiyası ən doğru addımdır. Hətta risk qrupuna daxil olan insanlar xəstəlikdən sağalmış şəxslərdən belə virusa yoluxa bilərlər. Buna görə də sağalmış şəxləri belə bir müddət nəzarətdə saxlamaq lazımdır", - deyə həkim vurğulayıb.

Həkim-infeksionist Mərdan Əliyev isə bildirib ki, bu virus koronavirus kimi pandemiya yaratmaq potensialına malik deyil.

"Metapnevmovirus hazırda yayılmaqdadır. Çində başladı və bizə qonşu ölkələrdə də müşahidə olunur. Amma bu yeni bir virus deyil. Koronavirus kimi epidemiya, pandemiya yaratmaq potensialı da yoxdur. Çünki bu əvvəllər keçirdiyimiz viruslardandır. Ola bilər ki, biz buna nə vaxtsa yoluxmuşuq və sağalmışıq, sadəcə xəbərimiz olmayıb, onu da sadə qrip hesab etmişik. Ona görə də metapnevmovirusdan qorxmaq lazım deyil. Sadəcə olaraq indi sürətlə yayılır və bu da narahatlıq yaradır", - deyə o qeyd edib.

Həkim bildirib ki, Azərbaycanda da, digər yerlərdə də payız-qış mövsümü ilə əlaqədar yuxarı tənəffüs yolunun kəskin iltihabı olan xəstəliklər çox yayılıb:

"Düşünürəm ki, narahatlığa əsas yoxdur. Qarşısını almaq üçün qripə və digər hava-damcı yolu ilə keçən viruslara qarşı olan tədbirlər var. Əllərin tez-tez və yaxşı yuyulması, insanların sıx olduğu yerlərdən qaçmaq, əgər şübhəli xəstələr varsa, onlar olan yerlərdə maskadan istifadə etmək virusdan qorunmağın əsas yollarındandır. Ən əsası, immun sistemini yaxşı vəziyyətdə saxlamaq xəstəliyə yoluxmamaq, yoluxma olsa belə, daha yüngül keçirməyə kömək edir. Onu da deyim ki, bu xəstəlik yüngül gedişli xəstəlikdir, 3-4 günə sağalır. Yalnız 2 yaşa qədər uşaqlarda və 70 yaş üzəri şəxslərdə ağır gedişata səbəb ola bilər".

Yeni yaranmış virusun uşaqlara təsiri və qorunma üsulları ilə bağlı Trend-ə danışan pediatr Aytən İsmayılzadə isə qeyd edib ki, uşaqlarda metapnevmovirusa yoluxma halları olarsa, digər viruslara qarşı hansı tədbirlər görülürsə, həmin tədbirləri görmək lazımdır.

"Xüsusi bir şeyə ehtiyac yoxdur. Onsuz da söhbət ağırlaşmadan gedərsə, adi qrip belə ağırlaşma yarada, pnevmoniyaya səbəb ola bilir. Hər bir virusda sadəcə düzgün yanaşma, risk qrupunda olan şəxsləri nəzərə almaq, vaxtında müayinə üçün müraciət etmək, ən əsası, yubanmadan doğru tədbirləri görmək lazımdır. Bu virusa uşaqlarda yoluxma halları olarsa, hərarətli günləri nəzarətdə saxlamaq, ağırlaşma ilə bağlı qan analizləri vermək, ağırlaşma olarsa, həkim təyinatı ilə antibiotik qəbul etmək, ağırlaşma yoxdursa, virus əleyhinə müalicə, bol maye qəbulu, ümumi vəziyyətin nəzarətdə saxlanılması çox önəmlidir. Metapnevmovirus üçün xüsusi tədbirə, qorxuya gərək yoxdur", - deyə həkim əlavə edib.  

Son.az 

Hakan Fidandan Suriyadakı terrorçulara like
  • 08 Yan 07:49  
Digərləri Hakan Fidandan Suriyadakı terrorçulara

Xarici İşlər Naziri Hakan Fidan televiziyada verdiyi açıqlamada, "PKK/

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 08 Yan 07:32  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Ərzurum şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Qızılın içərisindən qum tökülür like
  • 08 Yan 07:28  
Digərləri Qızılın içərisindən qum tökülür

Qızıl qolbağın içərisindən qum tökülüb.

arrow Ətraflı
Kerimcan Durmaz saxlanıldı like
  • 08 Yan 07:16  
Digərləri Kerimcan Durmaz saxlanıldı

Türkiyədə qanunsuz mərc əməliyyatları çərçivəsində sosial media feno

arrow Ətraflı
Trampın ilk "döyüşü" hansı ölkələrlə olacaq?  ABŞ böyük böhranın astanasında like
  • 08 Yan 07:15  
Dünya Trampın ilk "döyüşü" hansı ölkələrlə olacaq? ABŞ böyük böhranın astanasında

ABŞ-nin Meksika ilə sərhədində maraqlı siyasi gərginlik yaşanır.

arrow Ətraflı
Yuyucu vasitə yoxdursa, paltarları maşında necə yumaq olar? like
  • 08 Yan 07:01  
Digərləri Yuyucu vasitə yoxdursa, paltarları maşında necə yumaq olar?

Əgər yuyucu vasitəniz yoxdursa, paltarları paltaryuyan maşında yumaq üç�

arrow Ətraflı
“The Jerusalem Post”: İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır like
  • 08 Yan 06:56  
Dünya “The Jerusalem Post”: İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır

İsrail Türkiyə ilə potensial hərbi əməliyyata hazırlaşmalıdır.

arrow Ətraflı
Ferdi Tayfurun sərvətindən övladlarına nə çatacaq? like
  • 08 Yan 06:48  
Şou-biznes Ferdi Tayfurun sərvətindən övladlarına nə çatacaq?

Türkiyəli müğənni Ferdi Tayfurun ölümündən sonra sərvətinin övladlar

arrow Ətraflı
Fələstinə ərə gedən rus qızın like
  • 08 Yan 06:33  
Dünya Fələstinə ərə gedən rus qızın

Fələstinli ilə ailə qurub onun ölkəsinə köçən rus qızı Oksana illər

arrow Ətraflı
Tramp: Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir like
  • 08 Yan 06:19  
Digərləri Tramp: Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçıs

arrow Ətraflı
İskəndərin farslarla vuruşduğu ərazi TAPILDI: Döyüş səsləri gələn... like
  • 08 Yan 06:06  
Digərləri İskəndərin farslarla vuruşduğu ərazi TAPILDI: Döyüş səsləri gələn...

Makedoniyalı İskəndərin Qranik çayı üzərində həlledici döyüşdə Far

arrow Ətraflı
Yanvar ayında Avropada isinə biləcəyiniz 5 ada like
  • 08 Yan 05:05  
Digərləri Yanvar ayında Avropada isinə biləcəyiniz 5 ada

İlk ağlınıza Kanar adaları gəlir, amma özünüzü onlarla məhdudlaşdır

arrow Ətraflı
Bu gözəl qız görün hansı kluba azarkeşlik edir  FOTOlar like
  • 08 Yan 04:04  
Digərləri Bu gözəl qız görün hansı kluba azarkeşlik edir FOTOlar

İnes Trokkia dünya futbolunun ən tanınmış fanatlarından biridir.

arrow Ətraflı
Dünyanın ən yaşlı evli cütlüyü – like
  • 08 Yan 03:03  
Digərləri Dünyanın ən yaşlı evli cütlüyü –

2020-ci il avqustun sonunda Ginnesin Rekordlar Kitabının nümayəndələri dü

arrow Ətraflı