Fələstinə ərə gedən rus qızın


Dünya 08 Yan 2025 06:33:00 90 0

Fələstinə ərə gedən rus qızın

Fələstinli ilə ailə qurub onun ölkəsinə köçən rus qızı Oksana illər sonra təsadüfən bir rus jurnalist ilə əlaqə yaradıb. O, jurnalist xanıma Fələstindəki həyatı barədə danışaraq, əcnəbilərlə evlənmək istəyən həmvətənlərinə "qərar verməzdən əvvəl iki dəfə düşünməyi" tövsiyə edib.

Oksana azadlığını sevgisinə qurban verdiyini deyib: "Mənim üçün nələrisə dəyişmək artıq, gecdir". Əslən Rusiyanın Pskov şəhərindən olan Oksana gələcək həyat yoldaşı fələstinli İbrahimlə Sankt-Peterburqda Texnoloji İnstitutda oxuyarkən tanış olub. Tələbə yoldaşı ilə yaxın münasibəti tezliklə sevgiyə çevrilib.

Oksananın söylədiyinə görə, onun valideynləri bu yaxınlığın əleyhinə olublar. Lakin Oksana ata-anasını dinləmək istəməyib və ərəb sevgilisi ilə münasibətini davam etdirib. Gənclər universitetdən məzun olduqdan sonra Fələstinə köçməyə qərar veriblər. Oksana müsəlman ölkəsində onu gözləyən həyat tərzini, qayda-qanunları təxminən bilirmiş. Çadra geyinməyə belə, psixoloji olaraq hazırlaşıbmış. Ancaq hər şey onun təsəvvür etdiyi və gözlədiyi kimi romantik olmayıb. Oksananın jurnalist xanıma söylədikləri ilə siz də tanış olun: 

"Biz Fələstinə gələndə, sanki orta əsrlərə qayıtdığımı düşündüm. Bir müddət başıaçıq gəzdiyimə görə ətrafdakılar mənə ürkək-ürkək, həm də maraqla baxırdılar. Ərimin valideynləri heç də mənim bu halımdan razı deyildilər. Onlar mənim başıaçıq gəzməyimi başqa ölkədən olmağıma və başqa dinə tapındığıma görə müvəqqəti qəbul etsələr də tezliklə bu işin axırına çıxmağa çalışırdılar. Odur ki, bir gün qaynanam mənim islam dinini qəbul etməyimi və hicablı uzun paltar geyinməyimi tələb etdi. Təbii ki, mən sevdiyim adamın xatirinə deyilənlərə razı oldum. Beləliklə, dinimi dəyişərək  islamı qəbul etdim.

Burdakı həyatımda ilk əlamətdar hadisə o oldu ki, biz ərimin valideynlərinin evinə köçüb onlarla yaşamağa başladıq. İlk gündən başa düşdüm ki, bu ailədə hər şeyə qaynanam qərar verir. Əlbəttə, ilk vaxtlar çox sıxılırdım, bu cür həyat tərzi ilə barışa bilmirdim. Hiss edirdim ki, həyat yoldaşım da mənə qarşı biraz dəyişib, ailəiçi mübahisələrdə həmişə anasını dəstəkləyir.

İkinci "sürpriz"im bu oldu: tezliklə başa düşdüm ki, bu ölkədə qadınların heç bir insani dəyəri yoxdur. Bu ölkədə qadın şəxsiyyət sayılmır, heç bir qadın təkbaşına kişisiz küçəyə çıxa bilməz. Bunu dərk edincə, çox üzüldüm.

Demək olar ki, altı ilə yaxın qayınanamın qaydaları altında  onların evində yaşadıq. Bütün bu müddət ərzində mən öz evimin xanımı olmağı arzulayırdım. Nəhayət, illər sonra bu arzum gerçəkləşdi. Mən artıq iki uşaq anasıyam. Fələstinli bir ailədə ən azı 4-5 uşaq dünyaya gətirmək yazılmamış qanundur. Mən yoldaşımı birtəhər dilə tutub, hələlik iki uşaqla kifayətlənmişəm.

Bütün bu iztirabların içində ən acınacaqlısı odur ki, mən valideynlərimlə çox nadir hallarda danışa bilirəm. Yəni, Fələstində belə bir şeyi qəbul etmirlər. Çox darıxıram...

Əslində, sizinlə bağlantı qurmağıma və həyatımı sizə danışmağa məni bir səbəb vadar etdi. Mən təsadüfən eşitdim ki, bir rus qızı fələstinli oğlanla ailə qurmaq istəyir. Fələstinli kişi ilə ailə quran və illərdir ömrünü bu ölkədə xərcləyən bir rus qadını kimi əcnəbi ilə ailə qurmaq istəyən həmvətənlərimə səslənirəm: "Əzizlərim, nə olur-olsun, bu barədə düşünərkən, tələsik, emosional qərar verməyin. Gələcək həyatınızı, sizi nələrin gözlədiyini, sonrakı peşmançılığın fayda verməyəcəyini dönə-dönə düşünün! Əcnəbi biri ilə, xüsusilə, ərəb ölkələrinin vətəndaşları ilə evlilik heç də yaxşı nəticə vermir. Təəssüflər olsun ki, mən sizə hər şeyi açıq danışa bilmirəm. Bu ölkələrdə hətta danışılması belə biabırçı, iyrənc olan çox şeylər var. Xüsusilə gənc qızlara üzümü tuturam: Bacardıqca, xaricilərlə münasibətlərdən qaçın.

Doğrudur, istəsəm də, istəməsəm də Fələstin hazırda mənim ikinci vətənim sayılır. Mən həyat yoldaşıma və uşaqlarıma görə bu həyata dözürəm. Amma Rusiya hər zaman mənim qəlbimdə olacaq. Bunlar mənim dinimi, kimliyimi, hətta adımı belə dəyişiblər, lakin mənim rus mənəviyyatımı heç nə dəyişə bilməz. Mən Rusiyanı sevirəm və o ümidlə yaşayıram ki, uşaqlarım böyüyüb Rusiyaya, oxumağa və orada yaşamağa gedəcəklər..."

Oksana ilə söhbətləşən jurnalist qeyd edib ki, müsahibinin təhlükəsizliyi üçün onun ailəsi və həyatı ilə bağlı əlavə detalları dərc etməyəcək. Söhbətin sonunda Oksana Fələstində ona müsəlman adı qoyulduğunu və artıq öz taleyi ilə barışdığını söyləyib. /lent.az Son.az

Tramp: Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir like
  • 08 Yan 06:19  
Digərləri Tramp: Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçıs

arrow Ətraflı
İskəndərin farslarla vuruşduğu ərazi TAPILDI: Döyüş səsləri gələn... like
  • 08 Yan 06:06  
Digərləri İskəndərin farslarla vuruşduğu ərazi TAPILDI: Döyüş səsləri gələn...

Makedoniyalı İskəndərin Qranik çayı üzərində həlledici döyüşdə Far

arrow Ətraflı
Yanvar ayında Avropada isinə biləcəyiniz 5 ada like
  • 08 Yan 05:05  
Digərləri Yanvar ayında Avropada isinə biləcəyiniz 5 ada

İlk ağlınıza Kanar adaları gəlir, amma özünüzü onlarla məhdudlaşdır

arrow Ətraflı
Bu gözəl qız görün hansı kluba azarkeşlik edir  FOTOlar like
  • 08 Yan 04:04  
Digərləri Bu gözəl qız görün hansı kluba azarkeşlik edir FOTOlar

İnes Trokkia dünya futbolunun ən tanınmış fanatlarından biridir.

arrow Ətraflı
Dünyanın ən yaşlı evli cütlüyü – like
  • 08 Yan 03:03  
Digərləri Dünyanın ən yaşlı evli cütlüyü –

2020-ci il avqustun sonunda Ginnesin Rekordlar Kitabının nümayəndələri dü

arrow Ətraflı
Bel və boyun ağrılarından qorunmağın yolları like
  • 08 Yan 01:01  
Digərləri Bel və boyun ağrılarından qorunmağın yolları

Bel və boyun ağrılarından qorunmaq üçün gündəlik həyat tərzinizdə b�

arrow Ətraflı
"Aygün Bəylər övladını özü üçün dünyaya gətirdi" like
  • 08 Yan 00:48  
Şou-biznes "Aygün Bəylər övladını özü üçün dünyaya gətirdi"

"Bu dünyadan incimişdi. Əziyyət çəkirdi. Nə qədər göz yaşı tök

arrow Ətraflı
Ukraynadakı münaqişəyə görə Baydeni günahlandırdı like
  • 08 Yan 00:37  
Dünya Ukraynadakı münaqişəyə görə Baydeni günahlandırdı

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Co Bayden administrasiyasını

arrow Ətraflı
Çində yayılan yeni virus İrana yaxınlaşır like
  • 08 Yan 00:36  
Digərləri Çində yayılan yeni virus İrana yaxınlaşır

Çində yayılan yeni metapnevmavirus artıq İran ərazisinə çatıb. Qeyri-r�

arrow Ətraflı
Xaricdən gətirilən bəzi avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək like
  • 08 Yan 00:26  
Digərləri Xaricdən gətirilən bəzi avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək

Xaricdən gətirilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün

arrow Ətraflı
Abdullah Öcalan əfv olunacaq? like
  • 08 Yan 00:18  
Digərləri Abdullah Öcalan əfv olunacaq?

Türkiyə parlamentində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası (AKP) fr

arrow Ətraflı
Atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi  FOTO like
  • 08 Yan 00:10  
Digərləri Atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi FOTO

Kahramanmaraşda suvenir satıcısı Feyza Çayır atasına zarafat etmək üç�

arrow Ətraflı
Fransanın müstəmləkə manipulyasiyaları: Paris məsuliyyəti boynundan atır? like
  • 08 Yan 00:05  
Siyasət Fransanın müstəmləkə manipulyasiyaları: Paris məsuliyyəti boynundan atır?

Emmanuel Makronun beynəlxalq hüququ anlamağı məsələsi mübahisəlidir. Ç

arrow Ətraflı
Günün qoroskopu: Tələskən qərarlar verməmək vacibdir like
  • 08 Yan 00:01  
Digərləri Günün qoroskopu: Tələskən qərarlar verməmək vacibdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı