Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın Banisi” adlı konfrans keçirilib
Siyasət 03 May 2023 12:05:00 223 0
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın Banisi" adlı konfrans keçirilib.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az "Report"a istinadən bildirir ki, konfrans iştirakçıları öncə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Konfransı Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevin açılış nitqi ilə başlayıb. O qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizi zamanın mürəkkəb tarixi sınaqlarından və siyasi təlatümlərindən müvəffəqiyyətlə çıxarıb, bütün təhlükələrə və təhdidlərə baxmayaraq, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, fitri istedadı, qətiyyəti, müdrikliyi və əzmkarlığı sayəsində ölkəmizin gerçək müstəqilliyini və inkişafını təmin etməyi bacarıb: "Ulu Öndəri hər zaman müvəffəq edən və qarşısında duran bütün çətinlikləri və maneələri dəf etməyə güc verən əsas amillər nə idi? Birinci, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı və dəstəyi. İkinci, siyasət nəhəngi olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti. Üçüncü, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi".
A.Quliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqilliyinin və inkişafının davamını etibarlı şəkildə təmin edən, 44 günlük Vətən müharibəsində şanlı və tarixi Zəfəri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli liderin yetişdirməsi idi: "Banisi olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Əminəm ki, dünya siyasəti tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqilliyinə və inkişafına əbədiyyən xidmət edəcəkdir".
Konfransda "Heydər Əliyevin Qurtuluş missiyası" mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və sövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, 1990-cı ilin yay aylarında Heydər Əliyevin Bakıya qayıdışı ilə tarixi bir şans yaranmışdı: "Çünki o dövr xalq Heydər Əliyevi arzulayırdı. O, çətin də olsa Bakıya gəlmişdi. Amma yenə də o zaman hakimiyyətdə olanlar buna imkan vermədilər və Heydər Əliyev cəmi iki gündən sonra Bakını tərk etməli oldu, beləliklə, Naxçıvana qayıtdı. O dövrdə hələ SSRİ-i dağılmamışdı, Azərbaycanın üçrəngli bayrağı Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisində ucaldıldı. Faktiki olaraq Azərbaycanın müstəqillik tarixinin müəllifi Heydər Əliyevdir. Təəssüf ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşamaz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi".
"Heydər Əliyevin elm, təhsil və səhiyyə siyasəti" mövzusunda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin misli yoxdur: "İstər SSRİ dövründə respublikamıza rəhbərlik edəndə, istərsə də müstəqilliyimizi əldə edəndən sonra 90-cı illərin əvvəllərində, yəni yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlər göz qabağındadır. Bu gün Azərbaycanda olan nə varsa, onun adı, siyasəti ilə bağlıdır. Ulu Öndərin səhiyyə, tibb təhsili sahəsində gördüyü işlər çoxdur. Hələ SSRİ dövründə dünyanın başqa ölkələrinə çıxışımız yox idi. Həmin dövrlər Heydər Əliyev təhsil sahəsində düzgün siyasət aparırdı. Çox istedadlı gəncləri SSRİ-nin ən qabaqcıl mərkəzlərinə - Moskva, Sankt-Peterburq, Kiyev kimi güclü tibb mərkəzlərinə göndərirdi. Mən də o gənclərdən biri idim".
"Heydər Əliyevin xarici siyasəti" mövzusunda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın beynəlxalq aləmə, Avropaya, onun müxtəlif strukturlarına, o cümlədən Avropa Şurasına inteqrasiyası da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər Heydər Əliyev daxili siyasətlə yanaşı, xarici siyasət istiqamətində də mühüm addımlar atdı, qısa müddət ərzində Azərbaycanın bir çox dövlətlər və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı yarandı, ölkəmiz iri beynəlxalq layihələr həyata keçirməyə başladı. 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft müqaviləsinin imzalanması isə Azərbaycanın gələcək inkişafını təmin etdi".
"Heydər Əliyevin gənclər siyasəti" mövzusunda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva isə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi: "Gənclərin sosial, iqtisadi və digər sahələrdə mövcud olan problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları, inkişaf strategiyaları qəbul edildi. Gənclər siyasətində idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına isə xüsusi diqqət yetirildi. Bu gün Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam edir".
İnsan Hüquqları üzrə sabiq müvəkkil Elmira Süleymanova "Heydər Əliyev siyasəti insan hüquq və azadlıqlarının etibarlı təminatıdır" mövzusunda məruzəsində qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olan prioritet məsələlərdən biri də insan hüquqları olub: "Bu istiqamətdə Heydər Əliyev mühüm qərarlar qəbul edib. Onlardan biri ölüm hökmünün ləğv edilməsi idi ki, 1993-cü ildə bu cəza növünə qadağa qoyuldu və ömürlük məhkumluq cəzası ilə əvəz edildi. Ölüm cəzasının aradan qaldırılmasına qarşı etirazlar da oldu. Ulu Öndər bildirdi ki, insanın insanı öldürməsi başqa haldır, lakin hüquqi-demokratik dövlət öz vətəndaşını öldürə bilməz və təkidlə bu qərarı Qanun səviyyəsinə qaldırdı".
"Heydər Əliyev vətəndaş cəmiyyətinin Qurucusudur" mövzusunda məruzə edən MQF-nin prezidenti Rauf Zeyni qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilib: "Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olub. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev "Heydər Əliyevin müstəqil medianın formalaşmasında tarixi xidmətləri" mövzusunda məruzəsində qeyd edib ki, vaxtilə mənim də çalışdığım və ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası da Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə ikən milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür: "Həmin vaxt belə bir modern binanın istifadəyə verilməsi və çoxtirajlı qəzetlərin redaksiyalarının vahid bir yerdə fəaliyyət göstərməsi olduqca önəmli bir hadisə idi".
Sonda isə Ümummilli Lider Heydər Əliyevin ifasında səslənən və Ulu Öndərə həsr edilən mahnılardan ibarət konsert proqramı nümayiş edilib.
Son.az
Qlobal iqtisadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına mühüm təsir gö
Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbr
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden dörd yaşlı qızına ödədiyi
Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsind
Mart ayında illik inflyasiya 13.6% təşkil edib ki, bu da ötən ilin sentyabr
ABŞ-ın Cənubi Karolina ştatında faciəvi qəza baş verib.
Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı
TƏBİB-dən Səhiyyə Nazirliyinə keçən xəstəxanalarda icbari tibbi sığo
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs
"Zabit Səmədov" döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca
Mayın 3-ü gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ər
Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 21 ədəd
Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.