Gecə qızları əxlaqsızlıq edən qadının evinə getdi: "Pol ağacı ilə..."
Kriminal 30 Apr 2023 15:00:00 227 0
Şəmkir rayonunda 1979-cu il təvəllüdlü Əkbər 1966-cı il təvəllüdlü qohumu Vüsaləni (adlar şərti verilib - red.) qətlə yetirib.
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Əkbər mütəmadi evinə gəlib-getdiyi qohumu Vüsalənin əmlakını ələ keçirmək məqsədi ilə onu öldürmək qərarına gəlib. 2021-ci il aprelin 4-dən 5-ə keçən gecə saat 1 radələrində alkoqol sərxoşluğu vəziyyətində Vüsalənin evinə yollanıb.
Əkbər Vüsaləyə məxsus pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirməkdən ötrü ona hücum edib. Telefon şnurunu götürərək qadının boğaz nahiyəsinə keçirərək boğub.
Bununla kifayətlənməyən qatil döşəməsilən ağacla qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Vüsalənin ölmədiyini düşünüb və yaxınlıqdakı masanın üzərindən götürdüyü bıçaqla ona zərbələr vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
İzi itirdi
Əkbər Vüsaləyə məxsus xeyli miqdarda qızıl əşyalarını götürüb. O, törətdiyi cinayətin izlərini itirmək məqsədilə cinayətin aləti olan telefon şnurunu, döşəməsilən ağacın dəstəyini, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini və tiyəsinin qırılmış hissəsini, Vüsaləyə məxsus istehsal tarixi və markası məlum olmayan mobil telefonu, eləcə də hadisə yerində olan qan ləkələrini təmizləyib və sildiyi əski parçasını özü ilə götürərək evdən çıxıb.
Əkbər döşəməsilən ağacı, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini və qırıq tiyəni həyətyanı sahədə müxtəlif istiqamətlərdə tullayıb. Mobil telefonu yaxınlıqdakı gölə, telefon şnurunu, əski parçasını və fəhlə əlcəyini isə yaxınlıqdakıəmisinə məxsus evin həyətindəki köhnə ayaqyoluna atıb.
"Atamla atası əmioğludur"
Əkbər Vüsaləni öldürərək ələ keçirdiyi qızıl-zinət əşyalarını aprelin 5-də saat 9 radələrində Şəmkir şəhər bazarında ümumilikdə 1525 manata satıb. 300 ABŞ dolları 10.000 Rus rubluna dəyişdirib, pulun bir hissəsini özü üçün paltar və digər əşyalar alıb.
İstintaq orqanı tərəfindən Əkbərin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun kəndində yaşayıb: "Vüsalə mənim və ailə üzvlərimlə qohumluq münasibətlərində olub. Əvvəllər aramızda hər hansı narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmayıb. Vüsalənin mərhum atası Sahiblə mənim atam İntiqam doğma əmioğludurlar".
"Əxlaqsızlığa son qoymasını tələb etdim"
Təqsirləndirilən şəxs qeyd edib ki, son vaxtlar Vüsalənin qızları Səidə və Səlimənin barəsində əxlaqsız həyat tərzi sürmələri ilə bağlı kənddə söz-söhbət çıxıb:
"Hadisədən təxminən iki il əvvəl Səidənin əxlaqsız hərəkətlərinə son qoyması ilə bağlı onunla danışaraq tənbeh etdim. Həmin vaxt Vüsalə və onun atası Sahib də evdə idi".
Əkbər deyib ki, 4 aprel 2021-ci ildə saat 8 radələrində işləmək üçün həmkəndlisi Elmirə məxsus xurma bağına gedib, orada Vüqar adlı qonşusu ilə suvarma sistemi çəkiblər: "İşimizi saat 11 radələrində yekunlaşdıraraq evə gəldik. Mağazadan 250 qramlıq aldıq və evdə yeməklə həmin arağı içdik. Atam, anam, arvadım və övladlarım da evdəydi.
Saat 15 radələrində evdən çıxaraq kəhrizin yanına getdim. Evimiz tərəfə gələn suyu düzəltməkdə qonşulara kömək etdim.
Sonra kənddə "Qaqaş" kimi tanıdığım həmkəndlimə məxsus kafeyə getdim. Orada özümə nisyə iki bokal pivə alıb içdim. Kəhrizin yanına itirdiyim telefonunu axtarmağa qayıtdım. Telefonumu tapa bilmədiyim üçün evə gəldim, həyat yoldaşımdan onun evdə qalıb-qalmadığını soruşdum. Telefon evdə olmadığı üçün 20 dəqiqədən sonra kafeyə qayıtım və yenidən iki bokal pivə içdim".
"Üç litr pivə içdim"
Təqsirləndirilən şəxs deyib ki, kafedən çölə çıxanda arvadının xalası oğlu İlqarı görüb: "İlqara kafedə pivə içməyi təklif etdim. Həmkəndlilərimiz Vüsal və Telman da İlqarın maşınındaydılar. Kafedən nisyə 4 litr pivə aldım, İlqarın idarə etdiyi maşınla birlikdə "Kəmər qaya" adlanan yerə getdik. Orada yeyib-içdik. Mən üç litr pivə içdim.
Saat 23 radələrinə kimi orada oturduq. Bundan sonra kafeyə qayıtdım. "Qaqaş"ın "Dovşan" ləqəbli oğlundan nisyə iki litr pivə və 3 qutu "Prima" siqareti alaraq cəmi 36 manatlıq borc etdim.
İlqar məni bayırda gözləyərkən Vüsal və Telman getdilər. Kafedən çıxdıqdan sonra İlqarla yenə pivə içdik. İlqar maşınla məni əmimin evinin yanında düşürtdü".
"Mübahisə etməyə başladı"
Əkbər qeyd edib ki, bu zaman Vüsalənin evinə getmək qərarına gəlib: "Həyətdə itlər olduğuna görə evin həyətinə dəmir torlu hasarın üstündən keçməklə daxil oldum. Gecə saat 12 olardı.
Vüsalənin evinə yaxınlaşdım, işıq düşən pəncərədən otağın içərisinə baxdıqda Vüsalənin qaz sobasının yanında isindiyini gördüm. Vüsalənin karlığı olduğuna görə qapını döymədən içəri girdim. Onunla salamlaşdım, masa arxasında oturdum. Özümə bir stəkan çay süzərək içdim.
Vüsaləyə tikanlı kolu dəmir torlu hasarın çöl tərəfinə yığaraq yolu daraltdığna, gediş-gəlişə mane olduğuna görə irad bildirdim. Bu vaxt Vüsalə mənə pis ifadəylə cavab qaytardı və mənimlə mübahisə etməyə başladı".
"Boğmağa başladım"
"Apple" şirkətinin keçmiş əməkdaşı Dhirendra Prasad üç il m�
Yazın gəlişi ilə bir çox insanların üzündə çillər yaranır. Bunlard
ABŞ tətbiq etdiyi sanksiyalar çərçivəsində dənizdə üzən tankerdəki �
Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində klassik avtomobillərin yür�
May ayında havalar daim dəyişir. Səhər hər nə qədər isti olsa da, axşa
Türkiyənin Şırnak əyalətində içərisində hərbçilərin də olduğu avt
Rusların hidronüvə sınaqları keçirəcəkləri barədə məlumatlar yayılm
Son.az Kulis.az-a istinadən müğənni Nadir Qafarzadə haqqında maraqlı fakt
Qadının başmaq tulladığı ilanın görüntüləri sosial şəbəkələrdə
Üzə qulluq vasitələri ilə yanaşı sağlam qidalarla da dərimizin qayğıs
Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnol
"Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir v�
Türkiyəli aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən zi
Ukrayna ordusu Rusiyanın Bryansk vilayətinin Suzemka qəsəbəsinə zərbə en