PAŞA Holding ölkədə elektron ticarəti inkişaf etdirmək məqsədilə Trendyol ilə tərəfdaşlıq edir


Digərləri 30 Apr 2023 13:38:00 138 0

PAŞA Holding ölkədə elektron ticarəti inkişaf etdirmək məqsədilə Trendyol ilə tərəfdaşlıq edir

Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan Trendyol Azərbaycanın aparıcı konqlomeratı olan PAŞA Holding ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Trendyol Qrupunun prezidenti Çağlayan Çetin bu barədə belə bildirib: "PAŞA Holding-in Azərbaycan bazarında olan təcrübəsi və Trendyol-un texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsinin birgə yaratdığı sinerji Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına mühüm töhfələr verəcək. İnanıram ki, bizim strateji tərəfdaşlığımız uğurlu olacaq və qardaş ölkəmiz Azərbaycana müsbət təsir göstərəck". "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov mövzu üzrə şərh edib: "Artıq neçə müddətdir ki, Azərbaycanda "Trendyol"un məhsul və xidmətlərinə ciddi istehlak tələbi müşahidə olunur. Bu Müqavilə ilə biz həm şirkət olaraq rəqəmsal pərakəndə satış ekosistemində fəaliyyətimizi genişləndirəcəyik, həm də qardaş ölkələrimiz arasında e-ticarət təcrübəsinin paylaşılmasını təmin edəcəyik".

Cəlal Qasımov bu əməkdaşlığın ölkə bazarında yaradacağı yeni imkanların əhəmiyyətini də vurğulayıb. "Elektron ticarətin sadəliyi, geniş məhsul seçimlərinin təqdim etməsi və rəqabətli qiymət təklif etməsinə görə ölkəmizdə bu sahəyə maraq olduqca yüksəkdir. Bu Müqavilə istifadəçilərə daha geniş məhsul çeşidinə daha sərfəli qiymətlərlə asan çıxış təmin edərək müştəri təcrübəsini yaxşılaşdıracaq. Eyni zamanda, platforma daxilində ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi digər maliyyə xidmətləri və loyallıq proqramları da buraya əlavə olunacaq ki, bu da ümumi maliyyə sağlamlığına da töhfə verəcək. Bundan əlavə, cari əməkdaşlıq ölkəmizdə texnologiya və logistika sahələrinin inkişafına töhfə verəcək ki, bu da öz növbəsində həm ölkədaxili çatdırılma xidmətlərinə müsbət təsir göstərəcək, həm yeni iş yerlərinin yaranmasını təşviq edəcək, həm də ölkəmizə xarici yatırımların axınını stimullaşdıracaq" - Cəlal Qasımov bildirib.

Trendyol Qrupunun prezidenti Çağlayan Çetin strateji tərəfdaşlığın ortaq sinerjiləri artıracağını bildirib. "PAŞA Holding ilə biz bu maraqlı strateji tərəfdaşlıqda ilk addımı atdıq. İnfrastrukturumuz tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacağıq. Qeyd edim ki, ötən il Azərbaycan "Trendyol"a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, Trendyol tətbiqi 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub. Düşünürəm ki, PAŞA Holding-in Azərbaycan bazarındakı təcrübəsi Trendyol-un texnologiya, logistika və istehsal sahəsində təcrübəsi ilə birlikdə həm şirktlərin, həm də ölkələrimizin iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq. Odurk ki, biz strateji tərəfdaşlığımızın uğuruna və onun qardaş ölkəmiz Azərbaycana göstərəcəyi müsbət təsirə inanırıq" - Çağlayan Çetin vurğulayıb. "Bu təşəbbüs həm də sərhədlərarası ticarəti asanlaşdırmaq və regionda iqtisadi artımı təşviq etməklə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq əlaqələrini gücləndirəcək" - cənab Çetin əlavə edib.

Trendyol və PAŞA Holding Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.

Son.az 

Blinken: “Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir” like
  • 30 Apr 13:31  
Dünya Blinken: “Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir”

"Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir v�

arrow Ətraflı
Həftənin ilk iş gününün like
  • 30 Apr 13:22  
Digərləri Həftənin ilk iş gününün

Mayın 01-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Hande Erçelin Milandakı geyiminin qiyməti like
  • 30 Apr 13:20  
Şou-biznes Hande Erçelin Milandakı geyiminin qiyməti

Türkiyəli aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən zi

arrow Ətraflı
Ukrayna Rusiya ərazisinə ağır zərbə endirdi like
  • 30 Apr 13:11  
Dünya Ukrayna Rusiya ərazisinə ağır zərbə endirdi

Ukrayna ordusu Rusiyanın Bryansk vilayətinin Suzemka qəsəbəsinə zərbə en

arrow Ətraflı
Bakıda gənc oğlandan məktəbli qıza qarşı şok hərəkət: like
  • 30 Apr 13:00  
Kriminal Bakıda gənc oğlandan məktəbli qıza qarşı şok hərəkət:

Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Məmməd yetkinlik yaşı

arrow Ətraflı
Bülent Ersoyun son halı heyrətləndirdi: like
  • 30 Apr 12:51  
Şou-biznes Bülent Ersoyun son halı heyrətləndirdi:

Türkiyə Klassik Musiqisinin Divası hesab olunan Bülent Ersoy yeni tərzi il�

arrow Ətraflı
Arıqlamaq istəyənlər D vitamini qəbul etsin like
  • 30 Apr 12:40  
Digərləri Arıqlamaq istəyənlər D vitamini qəbul etsin

Minnesot Universitetinin alimləri araşdırıblar ki, "Günəş vitamini&q

arrow Ətraflı
Danışmaq adı ilə mobil telefonlar istəyib, oğurlayan şəxs saxlanılıb like
  • 30 Apr 12:31  
Kriminal Danışmaq adı ilə mobil telefonlar istəyib, oğurlayan şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının hə

arrow Ətraflı
Məşhurların karyeraları ərzində etdirdiyi qısa saç modelləri like
  • 30 Apr 12:20  
Digərləri Məşhurların karyeraları ərzində etdirdiyi qısa saç modelləri

Qısa saç düzümü bir çox məşhurların seçimidir. Bəziləri lap qısa k�

arrow Ətraflı
Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan Avropa oyunlarının mükafatçısıdır like
  • 30 Apr 12:11  
Kriminal Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan Avropa oyunlarının mükafatçısıdır

Dünən Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət sə

arrow Ətraflı
Beş uşağını itirən müğənnimiz like
  • 30 Apr 12:00  
Kriminal Beş uşağını itirən müğənnimiz

Son.az Kulis.az-a istinadən mərhum müğənni Xeyransa Məmmədova haqqında m

arrow Ətraflı
Xankəndidə erməni separatçıların hərbi hazırlığı like
  • 30 Apr 11:51  
Siyasət Xankəndidə erməni separatçıların hərbi hazırlığı

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti

arrow Ətraflı
Fərid Qayıbov "Formula 1"i izləyən şəhid ailələri və qazilərlə görüşüb like
  • 30 Apr 11:24  
Digərləri Fərid Qayıbov "Formula 1"i izləyən şəhid ailələri və qazilərlə görüşüb

Formula 1 Azərbaycan Qran-Prisini tribunadan izləmək üçün Vətən müharib

arrow Ətraflı
Məktəbli qızı maşınına mindirdi: "Heç kəs olmayan yerdə..." like
  • 30 Apr 11:00  
Kriminal Məktəbli qızı maşınına mindirdi: "Heç kəs olmayan yerdə..."

İsmayıllı rayonunda 1998-ci il təvəllüdlü Əsəd sosial şəbəkədə tan

arrow Ətraflı
İranda polis rəisi öldürüldü like
  • 30 Apr 10:51  
Digərləri İranda polis rəisi öldürüldü

Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində polis rəisi öldürü

arrow Ətraflı