Məktəbli qızı maşınına mindirdi: "Heç kəs olmayan yerdə..."
Kriminal 30 Apr 2023 11:00:00 261 0
İsmayıllı rayonunda 1998-ci il təvəllüdlü Əsəd sosial şəbəkədə tanış olduğu, yetkinlik yaşına çatmayan Aydanla (adlar şərti verilib - red.) cinsi əlaqədə olub.
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Əsəd 2022-ci ilin yanvarında dəqiq tarixi müəyyən edilməyən vaxtda "İnstagram" sosial şəbəkəsi vasitəsilə tanış olduğu Aydanla bir neçə dəfə müxtəlif vaxtlarda görüşüb, sevgi münasibətlərində olub.
Əsəd Aydanın 15 yaşı olmasını bilib, həmin il may ayının sonlarında saat 16.30-da yenidən onunla görüşüb. O, istifadəsində olan "Vaz 2106" markalı avtomobillə İsmayıllı şəhəri ərazisində təqribən 30 dəqiqə gəzdikdən sonra 15 yaşlı qızla razılıq əsasında intim münasibətdə olmağa qərar verib.
Bu məqsədlə o, təqribən saat 17 radələrində avtomobilini saxlayıb, ətrafda heç kəsin olmadığını görüb arxayınlaşdıqdan sonra avtomobilin arxa oturacaq hissəsinə qızla təbii yolla cinsi əlaqədə olub.
İstintaq sənədlərinə görə, Əsəd daha sonra Aydanla həmin ilin iyun-iyul ayları ərzində dəqiq tarixi, saatı və yerləri müəyyən edilməyən ayrı-ayrı vaxtlarda yenidən cinsi əlaqəyə girib.
Onlar İsmayıllı rayonunun İvanovka kəndində bir günlük kirayəyə götürdükləri evdə yenidən cinsi əlaqəyə giriblər.
İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
"Mesaj yazaraq münasibət yaratdım"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, kənddə qeydiyyatda olsa da, İsmayıllı şəhərində ata-anası ilə birlikdə yaşayıb: "Təxminən 2022-ci ilin yanvarın əvvəllərindən Aydanla münasibətimiz yaranmağa başladı. Aydanın oxuduğu orta məktəbin yaxınlığında olan çayxanaya dostlarımla gedib-gələn zaman onu gördüm. Aydandan xoşum gəldiyi üçün həmin ərəfələrdə onun "İnstagram" sosial şəbəkəsində olan profilinə mesaj yazaraq münasibət yaratdım. Bir qədər danışdıqdan sonra onun mobil nömrəsini aldım. Onunla vatsapda yazışmağa davam etdim".
"Birlikdə parkda gəzmişik"
Təqsirləndirilən şəxs qeyd edib ki, Aydanla biri-birilərini qarşılıqlı olaraq seviblər: "Arada ya dostum Vüsalın "VAZ 2106" markalı avtomobili ilə, ya da sürücüsünü və dövlət qeydiyyat nişanını xatırlamadığım müxtəlif taksilərlə gedərək Aydanı yaşadığı küçədən, hazırlıqlara getdiyi yerlərdən və məktəbin yaxınlığından götürüb birlikdə parkda gəzmişik.
Aydanla evlənmək niyyətində olduğumdan təxminən 2022-ci ilin mayından etibarən ondan anasına münasibətlərimiz barədə məlumat verməsini istədim. Aydan da bu barədə anasına dedi".
"Könüllü cinsi əlaqədə olduq"
Əsədin ifadəsinə görə, təxminən 2022-ci ilin iyul ayının sonlarında gecə saat 4 radələrində Aydan ona vatsapda yazıb: "O, nənəsinin yaşadığı evdə olduğunu və görüşmək istədiyini dedi. Mən də dostumun "VAZ 2106" markalı avtomobili ilə tək Aydanın nənəsinin evinin yaxınlığına getdim.
Ona telefonla qısa zəng atdım, gəlməyim barədə məlumat verdim. Aydan evdən çıxdı və avtomobilinin arxa sağ oturacağına əyləşdi. Özüm də avtomobilin arxa oturacağına Aydanın yanına keçdim.
Aydanın öz razılığı ilə heç bir fiziki güc tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olduq. Gecə vaxtı olduğundan ətrafda heç kim yox idi. Avtomobilin arxa şüşələri qara plyonkalı olduğu üçün içəri görünmürdü. Cinsi əlaqədə olan zaman qan gəlib-gəlmədiyinə fikir verməmişəm. Daha sonra avtomobilin arxa oturacağına baxdıqda da qan ləkəsi görmədim.
Təbii yolla cinsi əlaqədən sonra Aydan nənəsinin evinə getdi, mən isə evə qayıtdım".
"Atasının da xəbəri vardı"
Təqsirləndirilən şəxs deyib ki, Aydanın 16 yaşına çatmadığını, əməlinin cinayət olduğunu bilib: "Lakin Aydanın 16 yaşı tamam olduqdan sonra ailə həyatı quracağımı düşündüyüm üçün cinayət məsuliyyətinə cəlb olunacağımı düşünmədim.
Bundan sonra Aydanın öz razılığı ilə bir dəfə də İsmayıllı rayonunun İvanovka kəndində kimliyini xatırlamadığım bir günlük kirayə evdə təbii yolla cinsi əlaqədə olduq. Münasibətlərimiz barədə Aydan atasının da məlumatının olduğunu, lakin razılıq vermədiyini dedi".
"Atası razılıq vermədiyi üçün qaçırdım"
Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci il avqustun əvvələrində Aydan vatsapda yazaraq özünü yaxşı hiss etmədiyini, hamilə ola biləcəyindən şübhələndiyini deyib: "Mən hamiləlik testi alaraq verdim. Elə həmin gün Aydan test edərək hamilə qaldığını dedi.
Aydanın hamilə olması səbəbi ilə qarnının böyüyəcəyini və hamının xəbər tutacağını düşündüm, onu öz razılığı ilə qaçırmaq qərarına gəldim. Çünki Aydanın atası onun mənimlə evlənməsinə razı deyildi.
Dostum Vüsalın avtomobili ilə Aydanın yaşadığı evin qarşısına getdim. Aydan əşyalarını götürərək sakitcə evdən çıxdı və avtomobilin ön sərnişin oturacağına əyləşdi.
İkimiz vəfat etmiş uzaq qohumum olan Musanın Ramin adlı oğluna məxsus İsmayıllı rayonunun kəndindəki evinə getdik. Evin açarını bir günlük Bakı şəhərindən gələn dostumu yerləşdirmək adı ilə ondan almışdım. Lakin Ramin hadisənin əslini bilmidi.
İkimiz həmin evə getdik və orada Aydanın öz razılığı əsasında könüllü şəkildə cinsi əlaqədə olduq. Həmin evdə ikismizdən başqa heç kim yox idi".
"Fikir verməmişəm"
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün təxminən saat 8-9 radələrində həmin evdən çıxıb və yaşadığı evə yollanıb: "Həmin gün Bakı şəhərindən gəlmiş bacıma və anama Aydanı təqdim etdim. Onunla ailə həyatı qurmaq fikrində olduğumu, Aydanın anasıgilin xəbəri olmadan onu evlərindən qaçırdığımı bildirdim.
Aydanla cinsi əlaqədə olan zaman boyun nahiyəsini onun razılığı ilə xeyli öpdüm. Buna görə qançırın yaranıb-yaranmamasına fikir verməmişəm. Daha sonra isə Aydanın ailəsi onun evdə olmaduğunu bildi və İsmayıllı rayon polis şöbəsinə məlumat verdilər. Polislə gələrək Aydanı götürdülər".
"Peşman olmuşam"
Təqsirləndirilən şəxs qeyd edib ki, Aydana heç vaxtı güc və ya zor tətbiq etməyib: "Onun dedikləri həqiqəti əks etdirmir, şər və böhtandır. "İnstagram" sosial şəbəkəsindəki profilimi ümumiyyətlə silmişəm. Bəzi səs yazılarını və şəkilləri isə bərpa etdirmişəm.
Aydanla onun könüllü istəyi və razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşam. Ona hər hansı hədə və yaxud zor tətbiq etməmişəm. Törətdiyim cinayət əməlini etiraf edirəm, əməlimdən peşman olmuşam. Aydanla tanış olduğum vaxtdan onunla ailə qurmaq niyyətində olmuşam".
"Əvvəl danışıqlarımız dostcasına oldu"
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Aydanın sözlərinə görə, İsmayıllı rayonun kəndində anası, atası, 14 yaşlı və 10 yaşlı qardaşları ilə birlikdə yaşayıb:
"Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərindən 2-3 ay öncədən qiyabi tanıdığım Əsədlə münasibətim yaranmağa başladı. Əvvəllər onu arabir oxuduğum məktəbin yaxınlığında görmüşdüm. 2022-ci ilin yanvar ayının əvvəllərində Əsəd mənim "İnstagram" sosial şəbəkəsində olan hesabıma "salam, necəsən, mənəm, arxanca gələn oğlan. Tanıdın?" mesajını yazdı.
Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində polis rəisi öldürü
Rus imperiyası zamanı Mixail Moiseeviç Qrinfeld (Roma poeziyası və nəsri �
ABŞ prezidenti Co Bayden şənbə günü Ağ Evdə Müxbirlər Assosiasiyasın�
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Bl
Türkiyədə terror təşkilatı MLKP-yə qarşı aparılan əməliyyat çərçi
Gəncədə çirkab su ilə dolu çuxurdan meyit tapılıb.
May ayının 1-dən ölkə ərazisində həm Xəzərdə, həm də daxili su höv
"Aydanique" ləqəbi ilə populyar olan məşhur bloger Aydan yenidən
2023-cü ilin martında azərbaycanlı istifadəçilərin "Instagram"
İşdən evə tez qayıdan qadın dəhşətə gəldi - Bacısının qonaq gəldi
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz fal�
Müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.