Şəhidlərimizin qanı belə alınacaq
Siyasət 12 Apr 2023 00:25:00 337 0
"Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Azərbaycan dövlətinin və xalqının başı sağ olsun. Bu təxribat gözlənilən idi. Ermənistan uzun müddətdir ki, pozucu fəaliyyət üçün fürsət axtarırdı. Məqsəd atəşkəsin sülh müqaviləsinə çevrilməsinin qarşısını almaqdır".
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
Son.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
General bildirib ki, Ermənistanın yeni sığınacağı, daydayı İrandır:
"Həm Ermənistana, həm də Azərbaycana qonşu olan İran bitərəf olmaq əvəzinə, strateji prioriteti Ermənistana verib. İran Ermənistana hər cür - siyasi, diplomatik, hərbi dəstək verir. Bugünkü təxribatda da İranın silahlarından istifadə edildiyi göründü. Təxribatın törədildiyi saatdan indiyə qədər Azərbaycan-Ermənistan-İran sərhədində İran PUA-ları kəşfiyyat işlərini davam etdirir. Bu, onların əlbir olduqlarının sübutudur. Atəşkəs razılaşmasından 30 ay keçməsinə baxmayaraq, Ermənistan verdiyi sözlərə əməl etmir, ikili oyun oynayır, sülh müqaviləsi niyyəti yoxdur. Ermənistan mövcud durumdan qazanmağa çalışır".
Yücel Karauz qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq:
"Azərbaycan əsgərinin axan 1 damla qanına, Azərbaycan torpağının bir qarışına edilən hücumlara, təxribatlara misli ilə cavab veriləcək. Ermənistan ordusuna birinci səviyyəli həyəcan siqnalı verilib. Bu, təxribatın planlı şəkildə həyata keçirildiyini göstərir. Çünki Ermənistan ordusunda bu səviyyədə hazırlıq olmayıb. Erməni mənbələrində mülki şəxslərin belə silahlandırıldığı, səfərbər edildiyi haqda görüntülər yayılıb. Bu, Azərbaycanın uzatdığı barış əlini geri çevirən Ermənistanın son xətası olacaq. Əminəm ki, Ermənistan dəmir yumruğu bir daha başında hiss edərək ən qısa vaxtda sülh müqaviləsini imzalamaq üçün can atacaq. Hesab edirəm ki, Ermənistan Türkiyənin də prosesə qatılması üçün planlar qurur. Türkiyə sona qədər CAN Azərbaycanın yanında olacaq".
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ap
"Allah dünyamızı müharibəsiz, ölüm-itimsiz etsin, Allah heç bir val
Fransanın "Le Figaro" qəzeti Türkiyənin ilk pilotsuz uçan aparat
"Bu gün baş verənlər bir daha onu göstərir ki, Ermənistan və ona ha
Bəşəriyyət güc balansının dəyişdiyi kritik bir dövr yaşayır. Genişm
Şəkərli içkilər eyni kalorili içkilərdən daha təhlükəlidir.
Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Savxozunda yerləşən "
3 saylı Uşaq Evində baş verənlər aktual olaraq qalır.
Kökəlməyin ən böyük səbəbləri çox karbohidrat istehlak etmək, oturaq
Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə itti
Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş a
Zaman beynəlxalq layihələrindir və buna görə İkinci Qarabağ müharibəsi
İnsanların əksəriyyəti böyrək xəstəliklərindən əziyyət çəkir. Bö
Səfərbər edilmiş 100-dən çox rusiyalı "Vaqner" özəl hərbi ş
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.