Qalmaqallarla məşhurlaşan Uşaq Evinin direktoru üç ildir qanunsuz işləyirmiş
Digərləri 11 Apr 2023 23:32:00 269 0
3 saylı Uşaq Evində baş verənlər aktual olaraq qalır.
Bu xəbəri də oxu: Sandal mağaradan podiuma gələn yolu necə keçdi?
Qeyd edək ki, 3 saylı Uşaq Evindəki təminatdan şikayətlənən Məhəmməd Hacıyev müəssisə rəhbəri tərəfindən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov obyektivlik nümayiş etdirərək Məhəmməd Hacıyevin ruhi xəstə və müalicəyə ehtiyacı olmadığını deyib. Bu açıqlamadan bir gün sonra baş həkim yaş senzi ilə bağlı işdən kənarlaşdırılıb.
Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar işdən çıxarılması 73 yaşlı Məhbubə Hüseynovanın işindəki nöqsanlara baxmayaraq hələ də vəzifədə qalması məsələsini gündəmə gətirib. Əsas ehtimallardan biri isə Uşaq evi rəhbərinin hansısa əl tərəfindən himayə olunmasıdır.
Yaş həddi ilə bağlı Məhbubə Hüseynovanın vəzifədə qalması məsələsi Əmək Məcəlləsinə görə necə tənzimlənir?
"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bizim.media-ya açıqlamasında qanunvericilikdə bu məsələnin necə ehtiva olunmasına toxunub:
"Müəssisə büdcədən maliyyələşdirilirsə, orada işləmənin son həddi 65 yaşdır. Amma istinsa qaydada və əmək kollektivinin sayının 2 faizindən çox olmamaq şərtilə 70 yaşa qədər 1 il -1 il olmaqla əmək müqaviləsi bağlana bilər.
Son.az oxu.az-a istinadən xəbər verir ki, 70 yaşdan o tərəfə nəzərdə tutulmur. Qanun bunu deyir. Hər halda həmin müəssisənin tabe olduğu qurum, yəni işəgötürən tərəf yaş həddi ilə bağlı işçinin işinə xitam verməlidir".
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov isə bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və araşdırma aparılır. Komissiyanın işi bitəndən sonra mövcud nöqsanlar barədə danışmaq mümkün olacaq. Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.
Kökəlməyin ən böyük səbəbləri çox karbohidrat istehlak etmək, oturaq
Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə itti
Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş a
Zaman beynəlxalq layihələrindir və buna görə İkinci Qarabağ müharibəsi
İnsanların əksəriyyəti böyrək xəstəliklərindən əziyyət çəkir. Bö
Səfərbər edilmiş 100-dən çox rusiyalı "Vaqner" özəl hərbi ş
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.
Övladım siqaret çəkir. Oğlum pis davranışlar edir. Qızım hələ bu yaş
1989-cu ildə Stavropol diyarında doğulan Yana Muratovanın ömrü asan keç
Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.
İstənilən yaşda gənc görünən dəriyə sahib olmaq hər kəsin arzusudur.
Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.