İftardan sonra çəkilən siqaret fəsad verə bilər
Digərləri 11 Apr 2023 22:25:00 394 0
Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri gözləməklə yanaşı, digər zərərli vərdişlərdən də əl çəkməyə imkan yaradır. Lakin tütün aludəçiləri olanlar iftarlarını açdıqdan dərhal sonra dalbadal siqaret çəkirlər. Mütəxəssislər bildirirlər ki, bu hal infarkt riskini təxminən on dəfə artırır.
Bu xəbəri də oxu: Qənir Ataşovanın günahlandırdığı plastik cərrah danışdı: "Həkim kimi fəaliyyət göstərmirəm"
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Ramin Nəriman bununla əlaqədar deyib: "Yeməkdən əvvəl çəkilən siqaret daha çox həzm traktına, mədənin selikli qişasına təsir edir, onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Siqaretin nə vaxt və hansı fasilədən sonra çəkilməsindən asılı olmayaraq, hər zaman orqanizmə neqativ təsir göstərir".
Tütün məhsulları bütün orqan toxumalarını, ən tez və ən çox da ürək-damar, tənəffüs sistemlərini, ciyərləri, mədə-bağırsağı və böyrəkləri sıradan çıxarır.
"Siqaretin yaxın və uzaq fəsadları var. Yaxın fəsadlar siqareti çəkəndən dərhal sonra başlayır və damar daralmasına səbəb olur. Siqaretin uzunmüddətli təsiri ondan ibarətdir ki, damar divarının kirəcləşməsi ilə nəticələnir, orqan toxumalarının qidalanmasının pozulmasına, immun sisteminin fəaliyyətinin zəifləməsinə və digər xəstəliklərin yaranmasına münbit şərait yaradır", - deyə həkim-allerqoloq bildirib.
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.
İstənilən yaşda gənc görünən dəriyə sahib olmaq hər kəsin arzusudur.
Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Hər kəs tərəvəzləri daha sağlıqlı olması üçün marketdən aldıqdan
Aprelin 11-də "Heydər Əliyev İli" çərçivəsində Heydər Əliyev Fondunun
Ermənistan Milli Assambleyanın iclası vaxtından əvvəl başa çatıb.
"Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq
Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstaf
Meyvə-tərəvəzlərin rəngi onların tərkibində orqanlara faydalı təsir g
Son.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Q�
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayı
Diyetoloqların sözlərinə görə, hədsiz məhdudiyyətlər olmadan arıqlama