Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə Autizm Mərkəzi istifadəyə verilib FOTO


Digərləri 11 Apr 2023 21:45:00 269 0

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə Autizm Mərkəzi istifadəyə verilib  FOTO

Aprelin 11-də "Heydər Əliyev İli" çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, "Birgə və Sağlam" İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

QSC-dən Son.az-a bildirilib ki, Dünya Autizm Maarifləndirmə ayında təşkil edilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, "AzerGold" QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin Autizm Valideyn Məşvərət Şurasının sədri Natavan Məmmədova, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, SOBE Autizm Fondunun koordinatoru Zeynep Takı Kapıtaş, Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov layihənin Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu zəngin mənəvi irsin təşviqi, Azərbaycan dövlətinin uşaq və gənclərin inkişafı ilə bağlı yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin dəstəklənməsi, xüsusilə bölgədə həssas kateqoriyalardan olan vətəndaşlarımızın hərtərəfli qayğı ilə əhatələnməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İqtisadiyyat nazirinin müavini S.Ələkbərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosialyönümlü dövlət siyasətinə töhfə vermək məqsədilə yaradılan Gəncə Autizm Mərkəzinin Gəncə şəhəri və ətraf bölgələrdə autizm spektr pozuntusu olan uşaq və yeniyetmələrin fərdi inkişafına xidmət edən nəcib təşəbbüsdür.

"AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər sahədə olduğu kimi uşaq və gənclərlə bağlı dövlət siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətə ən böyük dəstəyin isə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən verildiyini qeyd edib. O, bu gün Mehriban Əliyeva tərəfindən uşaqların inkişafı, təhsili, gələcəyi ilə bağlı mühüm layihələrin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət göstərildiyini, onların xəstəliklərdən qorunması, sağlamlıqlarının bərpası üçün ciddi və təxirəsalınmaz tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Gəncədə Autizm Mərkəzinin yaradılması təşəbbüsünün də Heydər Əliyev Fonduna məxsus olduğunu qeyd edən X.Fərzəliyev əlavə edib ki, layihənin əsas məqsədi autizm spektr pozuntularına malik olan uşaqları aşkarlayaraq, onlarda bu pozuntuların təzahür xüsusiyyətlərini öyrənmək, psixodiaqnostik və psixokorreksiya işi təşkil etməklə müsbət dəyişmələrə nail olmaqdır.

Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev isə bildirib ki, Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlər yeni nəslin fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyüməsinə xidmət edir. O qeyd edib ki, bu məqsədlə icra olunan layihələr sırasında autizmli şəxslərin fərdi inkişafının dəstəklənməsi prioritetlər sırasındadır. C.Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq sayca ikinci Autizm Mərkəzinin istifadəyə verildiyini, növbəti illərdə də bu istiqamətdə fəaliyyətin dəstəklənəcəyini qeyd edib.

"Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova layihə barədə geniş məlumat verərək, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Tovuz rayonlarında autizm spektr pozuntulu şəxsləri və onların ailələrini əhatə edən layihə çərçivəsində risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaqların müəyyənləşdirildiyini, onlara yerli və beynəlxalq mütəxəssislər tərəfindən müvafiq təlimlərin keçirilməsinə başlanıldığını bildirib. O, autizm sahəsində beynəlxalq təcrübənin regiona transfer edilməsinə verdikləri dəstəyə görə Heydər Əliyev Fondu və "AzerGold" QSC-yə təşəkkürünü bildirib.

Tədbirdə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini A.Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Türkiyənin SOBE Autizm Fondunun koordinatoru Z.T.Kapıtaşı, Xalq artisti T.Ağayeva, Autizm Valideyn Məşvərət Şurasının sədri N.Məmmədova və digərləri çıxış edərək, layihə barədə fikirlərini bölüşüb, autizm sahəsində son dövrlər icra olunan irimiqyaslı tədbirlərin Azərbaycanda dövlət və özəl təşkilatlar tərəfindən bu sahəyə ayrılan xüsusi diqqət və qayğının əyani təzahürü olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar Gəncə Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar. Mərasim Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və autizmli gənc pianoçu Əlisahib Bayramovun ifaları ilə davam edib. Daha sonra qonaqlar autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki, dağ-mədən sənayesinin aparıcı dövlət şirkəti olaraq "AzerGold" QSC ölkəmizin iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi regionda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edərək, vətəndaşların rifah halının gücləndirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə töhfələrini verməkdədir.

Ermənistan parlamentinin iclası yarımçıq qaldı like
  • 11 Apr 21:42  
Siyasət Ermənistan parlamentinin iclası yarımçıq qaldı

Ermənistan Milli Assambleyanın iclası vaxtından əvvəl başa çatıb.

arrow Ətraflı
Ən çox enerji verən like
  • 11 Apr 21:38  
Digərləri Ən çox enerji verən

Çox zəhmət çəkə və çox səy göstərə bilərsiniz, lakin enerjinizin ol

arrow Ətraflı
Rusiyalı politoloq: ErmənistanAzərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır like
  • 11 Apr 21:31  
Siyasət Rusiyalı politoloq: ErmənistanAzərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır

"Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq

arrow Ətraflı
Şəhid olan hərbçimiz bir neçə ay öncə like
  • 11 Apr 21:26  
Digərləri Şəhid olan hərbçimiz bir neçə ay öncə

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstaf

arrow Ətraflı
Qırmızı rəngli meyvətərəvəzlərin ürəyə nə xeyri var? like
  • 11 Apr 21:22  
Digərləri Qırmızı rəngli meyvətərəvəzlərin ürəyə nə xeyri var?

Meyvə-tərəvəzlərin rəngi onların tərkibində orqanlara faydalı təsir g

arrow Ətraflı
Ermənistan yeni itkilərini AÇIQLADI like
  • 11 Apr 21:14  
Digərləri Ermənistan yeni itkilərini AÇIQLADI

Son.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Q�

arrow Ətraflı
Ermənistan ordusunun meyit və yaralıları ərazidə qalıb like
  • 11 Apr 21:08  
Digərləri Ermənistan ordusunun meyit və yaralıları ərazidə qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayı

arrow Ətraflı
Pəhriz saxlamadan və aclıq etmədən necə arıqlamaq olar? like
  • 11 Apr 21:05  
Digərləri Pəhriz saxlamadan və aclıq etmədən necə arıqlamaq olar?

Diyetoloqların sözlərinə görə, hədsiz məhdudiyyətlər olmadan arıqlama

arrow Ətraflı
“Allah ikinizə də rəhmət etsin!” like
  • 11 Apr 21:00  
Şou-biznes “Allah ikinizə də rəhmət etsin!”

Aktyor Səmimi Fərhad ötən gün vəfat edən Xalq artisti Azər Paşa Neməto

arrow Ətraflı
Ağ ayı dərisinin analoqu yaradıldı like
  • 11 Apr 20:58  
Dünya Ağ ayı dərisinin analoqu yaradıldı

Alimlər qütb ayısı xəzinin xüsusiyyətlərini daşıyan parça yarada bili

arrow Ətraflı
Jurnalistlər üçün ən təhlükəli ölkələr like
  • 11 Apr 20:48  
Dünya Jurnalistlər üçün ən təhlükəli ölkələr

İraq və Suriyadan sonra jurnalistlər üçün ən təhlükəli ölkə Əfqanı

arrow Ətraflı
Bu gün şəhid olan hərbçilərimizin FOTOları like
  • 11 Apr 20:45  
Digərləri Bu gün şəhid olan hərbçilərimizin FOTOları

Xəbər verdiyimiz kimi, bu gün erməni təxribatı nəticəsində üç hərbç

arrow Ətraflı
Tanınmış aktyor ata və anasının gəncliyini paylaşdı  FOTO like
  • 11 Apr 20:36  
Şou-biznes Tanınmış aktyor ata və anasının gəncliyini paylaşdı FOTO

Türkiyəli aktyor Uraz Kayqılaroğlu şəxsi sosial hesabında anasının doğ

arrow Ətraflı
Şəhid olanların kimliyi açıqlandı like
  • 11 Apr 20:25  
Digərləri Şəhid olanların kimliyi açıqlandı

Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub

arrow Ətraflı