Vaqner”lə müqavilədən imtina edən 100dən çox əsgər itkin düşüb
Dünya 11 Apr 2023 22:53:00 296 0
Səfərbər edilmiş 100-dən çox rusiyalı "Vaqner" özəl hərbi şirkəti (ÖHŞ) ilə müqavilə imzalamaqdan imtina etdikdən sonra Luqansk vilayətində yoxa çıxıb.
Bu xəbəri də oxu: Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Astra" nəşri hərbçilərin qohumlarına istinadən məlumat yayıb.
Əsgərlərin yaxınları nəşrə bildiriblər ki, bu il aprelin 5-də Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Moskva, Voronej və Tver vilayətlərindən səfərbər edilmiş 500-ə yaxın əsgər üç yük təyyarəsi ilə guya yerli hissəyə köçürülməsi məqsədilə Kurskdan Rostov-na-Donuya göndərilib. Lakin çatandan sonra əsgərləri gizlincə Luqansk vilayətinə yönləndiriblər.
"Ərim və onun səfərbər edilmiş 500 nəfərdən ibarət yoldaşları, əmrə əsasən, "IL-76MD" hərbi yük bortunda Rostov-na-Donuya səhra düşərgəsinə göndərilib. Onları üç göyərtə ilə göndəriblər, hər göyərtədə 170 nəfərdən", - əsgərlərdən birinin həyat yoldaşı nəşri deyib.
Aprelin 5-də qruplardan biri Staxanov Vaqonqayırma Zavodunun ərazisinə aparılıb və orada səfərbər olunanları irəliyə "itələmək" üçün onları separatçı Cənubi Osetiyanın keçmiş "prezidenti" Anatoli Bibilov qarşılayıb.
Nəşr iddia edib ki, səfərbər olunanlar "Vaqner" ÖHŞ ilə müqavilə bağlamağa məcbur olublar. Bəzi əsgərlər qohumlarına "axmaqcasına satıldıqlarını" yazıblar.
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.
Övladım siqaret çəkir. Oğlum pis davranışlar edir. Qızım hələ bu yaş
1989-cu ildə Stavropol diyarında doğulan Yana Muratovanın ömrü asan keç
Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.
İstənilən yaşda gənc görünən dəriyə sahib olmaq hər kəsin arzusudur.
Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Hər kəs tərəvəzləri daha sağlıqlı olması üçün marketdən aldıqdan
Aprelin 11-də "Heydər Əliyev İli" çərçivəsində Heydər Əliyev Fondunun
Ermənistan Milli Assambleyanın iclası vaxtından əvvəl başa çatıb.
"Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq
Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstaf