Polkovnik bugünkü TƏXRİBATIN əsas məqsədini açıqladı:
Siyasət 11 Apr 2023 23:52:00 279 0
"Bu gün baş verənlər bir daha onu göstərir ki, Ermənistan və ona havadarlıq edənlər regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyillər".
Bu xəbəri də oxu: Prezident Dövlət Neft Fondunun büdcəsini təsdiqlədi
Son.az xəbər verir ki, bu sözləri musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert vurğulayıb ki, bu təxribat Ermənistan və ona havadarlıq edənlər tərəfindən həyata keçirilib:
"Mən konkret olaraq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin dünənki açıqlamasına əsasən demək istəyirəm ki, bu təxribatın həyata keçirilməsində əsas məqsədlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə gətirilməsi idi. Rusiya səfiri onun dərhal həyata keçirilməsi üçün artıq hazır olduqlarını bildirdi. Bundan əlavə, unutmayaq ki, Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ABŞ-da səfərdə idi. Onun səfəri də bəzi dairələrdə - konkret olaraq İranda, Rusiyada, onların vassalı olan Ermənistanda çox böyük narahatlıqla qarşılandı. Baş verən təxribatın bir elementi də həmin görüşlərlə bağlıdır.
Allah şəhidlərimizə rəhmət etsin! Yaxınlarına Allahdan səbr diləyirəm".
Polkovnik xatırladıb ki, Ermənistan çox ciddi itkilərə məruz qalıb:
"Onlar Gorusun Dığ kəndi ərazisindəki mövqelərini itiriblər, darmadağın ediliblər. Ölənləri, yaralıları var. Azərbaycan ordusu bundan sonra da düşmənin bütün təxribatlarının qarşısını almaq gücündədir. İstər sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə olsun, istərsə də Ermənistan ərazisi olsun - fərq etməz. Düşmən yaxşı-yaxşı fikirləşməlidir ki, gələcəkdə bu cür təxribatları davam etdirəcəyi təqdirdə cavabları çox sərt, amansız olacaq".
Bəşəriyyət güc balansının dəyişdiyi kritik bir dövr yaşayır. Genişm
Şəkərli içkilər eyni kalorili içkilərdən daha təhlükəlidir.
Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Savxozunda yerləşən "
3 saylı Uşaq Evində baş verənlər aktual olaraq qalır.
Kökəlməyin ən böyük səbəbləri çox karbohidrat istehlak etmək, oturaq
Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə itti
Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş a
Zaman beynəlxalq layihələrindir və buna görə İkinci Qarabağ müharibəsi
İnsanların əksəriyyəti böyrək xəstəliklərindən əziyyət çəkir. Bö
Səfərbər edilmiş 100-dən çox rusiyalı "Vaqner" özəl hərbi ş
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.
Övladım siqaret çəkir. Oğlum pis davranışlar edir. Qızım hələ bu yaş
1989-cu ildə Stavropol diyarında doğulan Yana Muratovanın ömrü asan keç
Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri