“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”
Siyasət 27 Mar 2023 09:11:00 263 0
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 106 gündür davam edir.
Bu xəbəri də oxu: Prezident və Putin təyyarənin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər
Son.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Son.az
İranın Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növ
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadis
Pentaqon hərbi texnologiyaların inkişafında Çinlə rəqabəti üstələmək
İsrail Prezidenti İshaq Hersoq bazar ertəsi baş nazir Binyamin Netanyahuya,
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Kritik dərəcədə yüksək itkilər səbəbindən "Vaqner" qrupu pra
Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməraml
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadis
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar
Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov-Qirkin Tula yaxın
Martın 27-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Uqledar istiqamətinə komandanlıq edən rusiyalı general-polkovnik Rüstəm M
Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsind�