174 avtobus gecikir
Digərləri 27 Mar 2023 08:40:00 327 0
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 56 müntəzəm marşrut xətti üzrə 174 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu xəbəri də oxu: Canan Karatay sağlamlığı üçün 12 il ərzində etdiyi SİRRİ açdı
Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 18-22 dəqiqə gecikmə müşahidə olunur.
2. Binəqədi şosesi - şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
3. Zabrat şosesi - şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
4. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-9 dəqiqə gecikmə müşahidə olunur.
5. Babək prospekti şəhər istiqamətində 15, 30, 32 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
6. Tbilisi prospekti - 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
7. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə müşahidə olunur.
8. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-12 dəqiqədir.
9. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
10. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
11. Koroğlu Rəhimov küçəsi - hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
12. Yavər Əliyev küçəsindən keçən 24, 35, 40, 49, 76, 78, 208, 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-11 dəqiqə gecikmə müşahidə olunur.
Kritik dərəcədə yüksək itkilər səbəbindən "Vaqner" qrupu pra
Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməraml
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadis
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar
Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov-Qirkin Tula yaxın
Martın 27-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Uqledar istiqamətinə komandanlıq edən rusiyalı general-polkovnik Rüstəm M
Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsind�
İsrailin Nyu-Yorkdakı baş konsulu Asaf Zamir baş nazir Benyamin Netanyahunun
Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək niyy
İsrailin Tel-Əviv şəhərində keçirilən etiraz aksiyası polis əməkdaşl
Bazar günü axşam Təl-Əvivdə ölkənin müdafiə naziri Yoav Qalantın iste
İsraildə bazar günü axşam baş nazir Benyamin Netanyahunun məhkəmə islah