Qlobal Bakı Forumu dünyanın üzləşdiyi problemlərə həll yolu axtarılması üçün vacib platformaya çevrilib
Siyasət 09 Mar 2023 18:20:00 259 0
Hazırda Qlobal Bakı Forumu dünyanın üzləşdiyi problemlərə həll yolu axtarılması üçün vacib platformaya çevrilib.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
Bunu Trend-ə özəl açıqlamasında Misirin sabiq xarici işlər naziri, Ərəb Liqasının sabiq baş katibi Amra Moussa deyib.
O qeyd edib ki, artıq Qlobal Bakı Forumunun 10-cusu təşkil edilir və il keçdikcə daha uğurlu olur.
"Prezident İlham Əliyevin dəstəklədiyi və Azərbaycanın ev sahibliyi etdiyi bu forum vasitəsilə nüfuzlu və idarəçi şəxslər bir araya gələrək öz təcrübələrini bölüşürlər. Bu, çox gözəl bir nümunədir. Hazırda Bakı Qlobal Forumu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox etibar qazanıb. Bu cür etibarlı və gənc bir mərkəzin üzvü olduğum üçün çox şadam", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin, qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Kolxəlfəli, Pirili kəndləri və Ağstafa rayon istiqamətində xəttə gün
Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmu
Binəqədi rayonunda yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfind
Təkcə Bakıda deyil, bölgələrdə də çoxlu sayda vətəndaş "instpow
"Qızların təhsilinə dəstək" layihəsi çərçivəsində regionla
Xaricdən gətirilən bəzi 2-ci əl avtomobillər istismara yararsızdır. Bel�
Prezident İlham Əliyev Səhiyyə Sahəsində təchizat və təminatla bağlı
Martın 9-da X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Təxminən bir ay əvvəl "Qalatasaray" futbol klubuna transfer olan i
Bakı Kitab Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "