Narkotik ƏMƏLİYYATI: 98 nəfər saxlanıldı
Kriminal 09 Mar 2023 17:55:00 263 0
Binəqədi rayonunda yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb.
Bu xəbəri də oxu: Dayısının 14 yaşlı qızı ilə evlənmişdi bu cəzanı aldı
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin yanvar-fevral ayı ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfind
Təkcə Bakıda deyil, bölgələrdə də çoxlu sayda vətəndaş "instpow
"Qızların təhsilinə dəstək" layihəsi çərçivəsində regionla
Xaricdən gətirilən bəzi 2-ci əl avtomobillər istismara yararsızdır. Bel�
Prezident İlham Əliyev Səhiyyə Sahəsində təchizat və təminatla bağlı
Martın 9-da X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Təxminən bir ay əvvəl "Qalatasaray" futbol klubuna transfer olan i
Bakı Kitab Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "
Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsiməqs�
Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə İran üzr istəməli