X Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib
Siyasət 09 Mar 2023 16:08:00 286 0
Martın 9-da X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Son.az Trend-ə istinadən bildirir ki, TRT World" televiziya kanalının aparıcısı və müxbiri Cəfər Hasneynin moderatorluğu ilə keçirilən "Bölünmüş dünyada dayanıqlılığın qurulması: Onun qlobal sülhə təsiri" mövzusunda birinci panel iclasında əvvəlcə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Latviya Respublikasının Prezidenti Egils Levits iclasda çıxış edərək bildirib ki, dövlətlər və fərdlər üçün əsas məsələ təhlükəsizlikdir. O bildirib: "Xaricdən gələn təhlükələrə, dünyada baş verən münaqişələrə misal olaraq xüsusilə Rusiya-Ukrayna müharibəsini göstərmək olar. İlk dəfədir ki, beynəlxalq tədbirimiz bu müharibəyə reaksiya verib. Biz icazə verməməliyik ki, dünyada müharibələr yaransın. Dünyada baş verən münaqişələr ölkələrin bir çox planını dəyişdi".
Eyni zamanda, dünyada baş verən iqlim dəyişikliyinin təhlükəli xarakter aldığını vurğulayan Egils Levits qeyd edib: "İqlim dəyişikliyi hazırda dünyamızda əsas problemlərdən biridir. Onun aradan qaldırılması üçün səylər göstərilməlidir. Qanunun aliliyinin və dünya sülhün təməli olan beynəlxalq hüququn təmin edilməsi mühümdür".
Robert F.Kennedy İnsan Haqları Mərkəzinin Prezidenti Kerri Kennedi Rusiya-Ukrayna müharibəsindən danışıb, beynəlxalq tribunal yaratmağın vacibliyini bildirib. "Biz hazırda dünyanı dəyişmək üçün buradayıq. Ədalətli və sülh dolu bir dünya üçün çalışmalıyıq", - deyə K.Kennedi vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa qeyd edib ki, insan hüquqlarına riayət olunması üçün beynəlxalq qanun standartları hazırlanılmalıdır. Bu qanunlara əməl etmək xaosdan qorunmağın vacib yoludur. NATO-nun qüvvələri ilə bağlı fikirlərini bölüşən sabiq Prezident qeyd edib ki, Latviyada da hərbi qüvvələr var və müəyyən standartlara uyğundur. Bu qüvvələr müharibələr və ya xaos üçün istifadə olunmur. "Şərqi Avropanın insanları ruslara nifrət etmir. Latviyada qarışıq ailələr çoxdur və biz hər kəsdən daha xoşbəxt millətik. Rusiya-Ukrayna müharibəsi iki ölkənin maddi qazanclarını məhv etdi", - deyə Mərkəzin həmsədri vurğulayıb.
Norveçin sabiq Baş naziri (1997-2000 və 2001- 2005) Kyell Magne Bondevik çıxışında diqqətə çatdırıb ki, hazırkı vəziyyət İkinci Dünya müharibəsindən sonra baş verənlərdən daha fərqlidir. Bu səbəbdən ölkələr arasında daha güclü regional əməkdaşlıqlar vacibdir. Bu əməkdaşlığın daha çox birlik gətirə biləcəyini vurğulayan Kyell Magne Bondevik deyib: "Bizi NATO qoruyur. Bununla bağlı şübhə yoxdur. Həmçinin Avropa İttifaqının, qeyri-hökumət təşkilatlarının və dinin də rolu böyükdür. Din sülhün təməlinə çevirə bilər. Buna görə də din nümayəndələrinin missiyası çox böyükdür. Biz bilirik ki, demokratiya və müharibə bir-birinə qarşıdır. Demokratiya sülhün qurulmasının tərəfdaşıdır. Biz sülhün təmin edilməsi üçün çalışmalıyıq".
İsveçrə Konfederasiyasının sabiq Prezidenti (2007-2011) Mişelin Kalmi-Rey isə çıxışında deyib: "Biz sülh üçün çıxış yolları axtarırıq, dünyanı böhrandan əvvəlki vəziyyətə gətirməyə çalışırıq. Yeni dünya nizamı yavaş-yavaş qarşımıza çıxır. Sülh bizə nə verə bilər? Bizim bunu əvvəlcədən görməyimiz çətindir".
Beynəlxalq münasibətlərdə dünya nizamının və beynəlxalq hüququn çox vacib olduğunu diqqətə çatdıran Mişelin Kalmi-Rey vurğulayıb ki, Ukraynada başlayan müharibədən sonra BMT-nin artıq supergüc olmadığı göründü. Bu müharibə dəyərlərin münaqişəsi deyil, klassik müharibədir. Sülhün təmin edilməsi heç də asan olmayacaq, bunun üçün uzun zaman lazımdır.
Ukraynanın sabiq Prezidenti (2005-2010) Viktor Yuşşenko ölkəsinin müharibədə qələbə qazanacağına əminliyini bildirib. Deyib ki, indi əsas məsələ əməkdaşlıqdır. "Bizə dünyada yeni təhlükəsizlik sisteminin qurulması vacibdir", - deyə o vurğulayıb.
Panel iclası müzakirələrlə davam edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Təxminən bir ay əvvəl "Qalatasaray" futbol klubuna transfer olan i
Bakı Kitab Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "
Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsiməqs�
Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə İran üzr istəməli
Azərbaycanda elektrik enerjisi qiymətlərinin differensial olaraq aşağı sal
Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycan�
Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Ba�
Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd e
"Kişi getdi gəzdi, xəyanət etdi... Bir qadın ev işi ilə məşğul
Azərbaycan dayanıqlı inkişaf məqsədləri (DİM) indeksinə görə Cənubi
Əfqanıstanın şimalındakı Bəlx vilayətində baş verib.