Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb
Siyasət 09 Mar 2023 13:50:00 302 0
Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə İran üzr istəməlidir.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində "Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri" adlı panelə videomüraciətində Nobel mükafatı laureatı Şirin Ebadi deyib.
O qeyd edib ki, xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın digər ölkələrə müdaxiləsinə qarşıdır.
"2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığını təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Azərbaycanda elektrik enerjisi qiymətlərinin differensial olaraq aşağı sal
Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycan�
Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Ba�
Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd e
"Kişi getdi gəzdi, xəyanət etdi... Bir qadın ev işi ilə məşğul
Azərbaycan dayanıqlı inkişaf məqsədləri (DİM) indeksinə görə Cənubi
Əfqanıstanın şimalındakı Bəlx vilayətində baş verib.
Xəbər verdiyimiz kimi, müğənni Mina Hüseyn yeni eşqə yelkən açıb.
Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Erm
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiymət
Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi "Bankçılıq
Martın 4-də saat 12 radələrində hipermarketə silahlı basqın edən şəxs
Qlobal Baki Forumu il keçtikcə öz əhəmiyyətini artırır.