“İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİBin tabeliyinə verildi


Siyasət 09 Mar 2023 16:26:00 278 0

“İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİBin tabeliyinə verildi

Prezident İlham Əliyev Səhiyyə Sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanın məqsədi səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan "İnnovasiya və Təchizat Mərkəzi" (bundan sonra - Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib. Səhiyyə Nazirliyinə öz tabeliyində "Səhiyyənin Təminat Mərkəzi" (bundan sonra - Qurum) publik hüquqi şəxsi yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

"İnnovasiya və Təchizat Mərkəzi"nin təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlirlər, icbari tibbi sığorta sistemindən daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına icra olunur.

"Səhiyyənin Təminat Mərkəzi"nin təsisçisinin səlahiyyətlərini isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

Səhiyyə Nazirliyinə qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etmək, qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

TƏBİB isə mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində təsdiq etməli, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

"İnnovasiya və Təchizat Mərkəzi" soyuq zəncir texnologiyalarına uyğun şəraitdə saxlanılması zəruri olan dərman vasitələri üçün balansındakı anbarlardan Səhiyyə Nazirliyinin ödənişsiz istifadəsini təmin etməlidir.

Fərmanda, həmçinin Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son.az 

Aktrisa 5 milyon qazanacaq like
  • 09 Mar 16:17  
Şou-biznes Aktrisa 5 milyon qazanacaq

Türkiyəli aktrisa Aslı Ənvər yeni reklam təklifi alıb.

arrow Ətraflı
X Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib like
  • 09 Mar 16:08  
Siyasət X Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib

Martın 9-da X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel

arrow Ətraflı
İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib like
  • 09 Mar 15:47  
Siyasət İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Məşhur aktrisanın yeni sevgilisi tanınmış futbolçudur? like
  • 09 Mar 15:44  
Şou-biznes Məşhur aktrisanın yeni sevgilisi tanınmış futbolçudur?

Təxminən bir ay əvvəl "Qalatasaray" futbol klubuna transfer olan i

arrow Ətraflı
8 mart “Beynəlxalq qadınlar günü”nə həsr olunmuş konserti keçirilib like
  • 09 Mar 15:22  
Kriminal 8 mart “Beynəlxalq qadınlar günü”nə həsr olunmuş konserti keçirilib

Bakı Kitab Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "

arrow Ətraflı
Azərbaycanda piyadanı vuran kişi like
  • 09 Mar 14:25  
Digərləri Azərbaycanda piyadanı vuran kişi

Azərbaycanda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir like
  • 09 Mar 14:14  
Digərləri Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsiməqs�

arrow Ətraflı
Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb like
  • 09 Mar 13:50  
Siyasət Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb

Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə İran üzr istəməli

arrow Ətraflı
Deputatdan elektrik enerjisinin qiyməti ilə bağlı maraqlı təklif like
  • 09 Mar 13:49  
Digərləri Deputatdan elektrik enerjisinin qiyməti ilə bağlı maraqlı təklif

Azərbaycanda elektrik enerjisi qiymətlərinin differensial olaraq aşağı sal

arrow Ətraflı
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır  Giorgi Marqvelaşvili like
  • 09 Mar 13:48  
Siyasət Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır Giorgi Marqvelaşvili

Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycan�

arrow Ətraflı
Tərtərdə bir nəfər minaya düşüb like
  • 09 Mar 13:45  
Digərləri Tərtərdə bir nəfər minaya düşüb

Tərtərdə bir nəfər minaya düşüb.

arrow Ətraflı
Gömrük polkovnikləri azadlığa buraxıldı like
  • 09 Mar 13:42  
Digərləri Gömrük polkovnikləri azadlığa buraxıldı

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Ba�

arrow Ətraflı
Sevdiyi qız gül buketini qəbul etmədi like
  • 09 Mar 13:39  
Digərləri Sevdiyi qız gül buketini qəbul etmədi

Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd e

arrow Ətraflı
"Kişi pişik kimidir, nə qədər sığal çəkəcəksən, yanında qalacaq" like
  • 09 Mar 13:38  
Şou-biznes "Kişi pişik kimidir, nə qədər sığal çəkəcəksən, yanında qalacaq"

"Kişi getdi gəzdi, xəyanət etdi... Bir qadın ev işi ilə məşğul

arrow Ətraflı