Soğan niyə ucuzlaşmır?
Digərləri 27 Fev 2023 13:30:00 290 0
Məlum olduğu kimi, bu ayın əvvəlindən etibarən, soğan idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin qərarı ilə baş soğan və şalot soğanı mayın 1-dək "Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı"na daxil edilib.
Bu xəbəri də oxu: Kiflənmiş çörəyi yemək olar?
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qərarın qəbulundan 3 həftədən çox vaxt keçsə də, hələ də sözügedən məhsulun qiymətində azalma müşahidə olunmur.
Vətəndaşlar kiloqramı 1.20-1.30 AZN-ə satılan soğanın qiymətinin yüksək olmasından şikayətlənirlər. Hətta ehtimal olunur ki, bu, qiymət üçün son hədd deyil, Novruz bayramı ərəfəsində qiymətlərdə artımlar gözlənilir.
Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin direktoru Firdovsi Fikrətzadə saytımıza bildirdi ki, soğanın qiymət artımı ixracına məhdudiyyət qoyulduğu və idxalın rüsumdan azad olunduğu dövrə qədər baş verib: "Region bazarında, dünyada bununla bağlı bir qıtlıq yaranmışdı. Ölkənin ehtiyatları sürətli şəkildə region ölkələrinə ixrac olunurdu deyə qiymət kəskin artdı. Ona görə də hökumət dərhal ixraca məhdudiyyət, idxalın isə bütün rüsumlardan azad olunması ilə bağlı qərar qəbul etdi. Ondan sonra soğanın bizdə topdan və pərakəndə satış qiymətləri məhz o qərar qəbul olunana qədər hansı səviyyədə idisə, o səviyyədə də qaldı. Orta hesabla soğanın pərakəndə satış qiyməti 1.10 AZN-dir. O cümlədən, supermarketlərdə soğanın kiloqramı 1.30-1.40 manat arası satılır. Topdan satış qiyməti isə 95-98 qəpik civarındadır. Bu məhsul ixrac məhdudiyyəti qoyulana qədər yüksələn səviyyə haradadırsa, o səviyyədə qalıb".
Sumqayıtda ermənilərin 35 il bundan öncə törətdikləri və tarixdə tayı
Yasamal rayonunda "patı" satan 3 qadın saxlanılıb.
Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanas�
Fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk
Daha bir ticarət şəbəkəsinə daxil olan üç marketdə mikro və kiçik sah
Xalq arasında Aşıq Muşqulat kimi tanınan Elnur Mahmudov Bakı şəhər Döv
Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əm�
İranın Əhvaz şəhərində gənc etirazçılar polis qüvvələrinin qərarga
Azərbaycandan alınan təbii qaz Türkiyə vasitəsi ilə Avropa ölkələrinə
Azərbaycan kiçik və orta biznesin (KOB) rəqəmsallaşmasının daha da sür�
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət D�
"Kim milyonçu olmaq istəyir" yarışmasından tanınan Simay Atlı
Bakıda kişi sosial şəbəkədə tanış olduğu qadının evini qarət edib.
Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski 71 yaşında vəfat edib.
Əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı (Aİ) Erməni