Kədərdə və taledə çiyinçiyinə
Digərləri 27 Fev 2023 12:40:00 325 0
Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada TADİV Şuşa Konfrans Mərkəzində "Kədərdə və taledə çiyin-çiyinə" adlı anım tədbiri təşkil edilib.
Bu xəbəri də oxu: Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, tədbir Xocalı soyqırımına və fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarının xatirəsinə həsr olunub.
Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan mərasimdə soyqırımı və zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra TADİV rəhbəri professor Aygün Attar çıxış edərək bu tədbirin Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəyliyinin göstəricisi olduğunu bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev çıxışında Xocalı soyqırımının mahiyyətinə toxunaraq, bunun Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfirliyin müşaviri zəlzələ ilə bağlı danışaraq Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyini qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kəmaləddin Qafarov və Anar Məmmədov, türkiyəli deputat, Türkiyə - Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Nəcdət Ünüvar, Din İşləri Ali Şurasının sədri professor Abdurrahman Haçkalı çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.
Çıxış edənlər, həmçinin Türkiyədə baş vermiş zəlzələnin dağıdıcı miqyasından danışıblar və Azərbaycanın Türkiyəyə hərtərəfli dəstək verdiyini xüsusi qeyd ediblər.
Anım mərasiminin iştirakçıları Xocalı soyqırımı və əsrin fəlakəti olaraq səciyyələndirilən zəlzələ ilə bağlı filmləri izləyiblər və Xocalı soyqırımı haqqında sərgi ilə tanış olublar.
Son.az
İranın Əhvaz şəhərində gənc etirazçılar polis qüvvələrinin qərarga
Azərbaycandan alınan təbii qaz Türkiyə vasitəsi ilə Avropa ölkələrinə
Azərbaycan kiçik və orta biznesin (KOB) rəqəmsallaşmasının daha da sür�
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət D�
"Kim milyonçu olmaq istəyir" yarışmasından tanınan Simay Atlı
Bakıda kişi sosial şəbəkədə tanış olduğu qadının evini qarət edib.
Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski 71 yaşında vəfat edib.
Əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı (Aİ) Erməni
Sosial Demokrat Partiyasından deputat Alberto-İosif Karayan Rumıniyanın payt
Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət
"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddə
"Dumanlı hava şəraiti ilə bağlı sürücülərə əsas tövsiyəmiz bu
Bu gündən başlayaraq martın 1-dək maqnit qasırğası gözlənilir.
İsveçin milli seçim turu "Melodufestivalen"in dördüncü mərhəl�
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazil�