Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib
Digərləri 27 Fev 2023 13:08:00 290 0
Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bu xəbəri də oxu: Övladları 1ci sinifə gedən valideynlərin
Son.az APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində çıxarılmış məcburi gətirilmə qərarının hələlik icra olunmadığı elan olunub. Sümbülə Əliyevanın ayaqlarında şiş yarandığından iclaslarda iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat verdiyi bildirilib.
Qeyd edək ki, Sümbülə Əliyeva ardıcıl 8 prosesə gəlməyib. Məhkəmədən yayındığına görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
İttihama görə, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.
İş üzrə dəymiş ziyan 200 min manata yaxındır.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Son.az
Fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk
Daha bir ticarət şəbəkəsinə daxil olan üç marketdə mikro və kiçik sah
Xalq arasında Aşıq Muşqulat kimi tanınan Elnur Mahmudov Bakı şəhər Döv
Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əm�
İranın Əhvaz şəhərində gənc etirazçılar polis qüvvələrinin qərarga
Azərbaycandan alınan təbii qaz Türkiyə vasitəsi ilə Avropa ölkələrinə
Azərbaycan kiçik və orta biznesin (KOB) rəqəmsallaşmasının daha da sür�
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət D�
"Kim milyonçu olmaq istəyir" yarışmasından tanınan Simay Atlı
Bakıda kişi sosial şəbəkədə tanış olduğu qadının evini qarət edib.
Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski 71 yaşında vəfat edib.
Əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı (Aİ) Erməni
Sosial Demokrat Partiyasından deputat Alberto-İosif Karayan Rumıniyanın payt
Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət
"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddə