Operator oldu, Bakıya rəhbərlik etdi, İsveçrəyə qaçdı UNUDULAN MƏMURLAR


Digərləri 26 Fev 2023 09:09:00 1062 0

Operator oldu, Bakıya rəhbərlik etdi, İsveçrəyə qaçdı  UNUDULAN MƏMURLAR

Son.az lent.az-a istinadən vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevdən bəhs edəcəyik.

Rafael Xanəli oğlu Allahverdiyev 1945-ci il mayın 9-da Bakı şəhərində neftçi ailəsində dünyaya gəlib. 

O, 1961-ci ildə orta məktəbdən məzun olub. 1974-cü ildə Moskvadakı İctimai Elmlər Akademiyasının Mətbuat işçiləri fakültəsini bitirib. 

Daha sonra isə Qərb Universitetinin Xarici iqtisadi əlaqələr fakültəsini də bitirərək, işgüzar inzibatçılıq üzrə magistr ixtisasına yiyələnib.

Gənclik illərində "Qaradağneft" zavodunun neft və qaz istehsal edən idarəsində operator işləyib. Sonra əmək fəaliyyətini Serebrovski adına zavodda davam etdirib.

1971-1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsində təlimatçı, partiya təşkilatları şöbəsində inspektor və Mərkəzi Komitənin ümumi şöbəsinin müdir müavini olub.

1983-1988-ci illərdə Bakı şəhəri Nərimanov rayonunun birinci katibi vəzifəsində, 1989-1993-cü illərdə respublika "Sağlamlıq" cəmiyyəti sədrinin müavini işləyib. Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankının işlər müdiri vəzifəsində də çalışıb.

O, 1985-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı da olub.

Rafael Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan "91-lər"dən biri olub, Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında fəal iştirak edib.

Məhz bu istiqamətdəki fəaliyyətinin nəticəsi olaraq, Heydər Əliyev Rafael Allahverdiyevi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mühüm vəzifəyə gətirib.

O, həm də 1993-cü ildən 2001-ci ilə qədər YAP-ın sədr müavini postunu tutub.

Bakı meri vəzifəsinə gələndən iki il sonra Rafael Allahverdiyev deputat mandatına da sahiblənib. Belə ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası I çağırış Milli Məclisinə 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilib.

O, I çağırış Milli Məclisdə Yerli özünüidarə məsələləri komissiyasının üzvü idi.

2000-ci ilin oktyabr ayının sonunda Rafael Allahverdiyev Bakı meri vəzifəsindən kənarlaşdırılıb. Həmin ilin noyabr ayında isə yenidən Milli Məclisə deputat seçildi. O, II çağırış parlamentin Regional məsələlər daimi komissiyasının üzvü idi.

Yuxarı tənəffüs yollarının mikoplazmozu like
  • 26 Fev 08:59  
Digərləri Yuxarı tənəffüs yollarının mikoplazmozu

Mikoplazmoz kəskin infeksion xəstəlik olub, özünü sidik-cinsiyyət və tə

arrow Ətraflı
Böyrək xəstələrinin şikayətləri like
  • 26 Fev 08:55  
Digərləri Böyrək xəstələrinin şikayətləri

Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyyəsindən ağrılar, sidi

arrow Ətraflı
Renoparenximatoz hipertoniya like
  • 26 Fev 08:51  
Digərləri Renoparenximatoz hipertoniya

Arterial təzyiqin əmələ gəlmə səbəblərindən biri böyrək parenximası

arrow Ətraflı
Sistit like
  • 26 Fev 08:46  
Digərləri Sistit

Sistit sidik kisəsinin selikli qişasının və ümumiyyətlə digər qişalar�

arrow Ətraflı
Sidik yollarının infeksiyası like
  • 26 Fev 08:41  
Digərləri Sidik yollarının infeksiyası

Sidik yollarının infeksiyası geniş yayılmış bakterial infeksiya olub ümu

arrow Ətraflı
Yerişin dəyişilməsi like
  • 26 Fev 08:35  
Digərləri Yerişin dəyişilməsi

İnsanın yerişi onun aşağı ətraflarının quruluşundan, dabanından asıl

arrow Ətraflı
Periton dializi like
  • 26 Fev 08:31  
Digərləri Periton dializi

Bədənin təmizlənmə prosesində böyrəklərlə yanaşı başqa orqanlar da

arrow Ətraflı
Böyrəklərin strukturu və funksiyaları like
  • 26 Fev 08:25  
Digərləri Böyrəklərin strukturu və funksiyaları

Böyrəklər insanın strukturca ən mürəkkəb və funksiyasına görə ən ə

arrow Ətraflı
Diz ağrılarımız bizə nə deyir? like
  • 26 Fev 08:21  
Digərləri Diz ağrılarımız bizə nə deyir?

Diz ağrılarından şikayət edənlərin sayı günü-gündən artmaqdadır. Di

arrow Ətraflı
Xroniki qlomerulonefrit like
  • 26 Fev 08:15  
Digərləri Xroniki qlomerulonefrit

Xroniki qlomerulonefrit geniş yayılmış böyrək xəstəliklərindəndir. Bu

arrow Ətraflı
Böyrəklərin təbii vasitələrlə təmizlənməsi like
  • 26 Fev 08:11  
Digərləri Böyrəklərin təbii vasitələrlə təmizlənməsi

Müasir günümüzdə əhalinin əksər hissəsinin böyrəklərlə bağlı prob

arrow Ətraflı
Xroniki böyrək çatışmzlığı like
  • 26 Fev 08:05  
Digərləri Xroniki böyrək çatışmzlığı

Xroniki böyrək çatışmazlığı simptomokompleks olub, hemostazın pozulmas�

arrow Ətraflı
Pielonefrit like
  • 26 Fev 08:01  
Digərləri Pielonefrit

Pielonefrit böyrək ləyəni və kasacıqlarının,böyrək parenximasının,x�

arrow Ətraflı
İnfeksion rinit like
  • 26 Fev 07:51  
Digərləri İnfeksion rinit

İnfeksion rinit virus infeksiyaları tərəfindən törənən xəstəlikdir. X�

arrow Ətraflı
Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti like
  • 26 Fev 07:41  
Digərləri Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti

Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər �

arrow Ətraflı